“Gülzar nənə”
ilə uşaqların kitab bayramı
Suraxanı rayon MKS-nin dəstəyi ilə Savalan qəsəbəsi 28 nömrəli orta məktəbində 3 E sinif şagirdlərinin və tanınmış uşaq yazıçısı, “Sehrli dünya” jurnalının baş redaktoru Gülzar İbrahimovanın (“Gülzar nənə”) iştirakı ilə kitab bayramı keçirilib.
23 Aprel - Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə təşkil edilmiş tədbirdə şagirdlər Gülzar İbrahimovanın “Hansı sənəti seçək” kompozisiyasını təqdim edib, milli rəqslərimizi, eləcə də hind və özbək rəqslərini ifa ediblər. Yazıçının “Dostlarım məndən qaçar” hekayəsinin canlandırılması, “Fənlərin söhbəti” səhnəciyi də izləyicilərə maraqlı anlar yaşadıb.
Gülzar İbrahimova
şagirdlərə kitablar və “Sehrli dünya”
jurnalının nüsxələrini hədiyyə edib. Tədbirin sonunda
məktəbin təlim-tərbiyə işləri üzrə
direktor müavini
Gülşən Soltanova və 3 E sinfinin rəhbəri Ülkər Mahmudova uşaqların sevimli
yazıçısına təşəkkürlərini bildirərək
yaradıcılıq uğurları arzulayıblar.
Mədəniyyət.- 2019.- 26
aprel.- S.4.