Özbəkistan şairinin
yeni kitabında “Azərbaycan” qəsidəsi
Özbəkistanın Xalq şairi Camal Kamalın yeni çapdan çıxan “Anvarmirzo xikoyatlari” altıcildliyinin beşinci cildində müəllifin “Azərbaycan” qəsidəsi də yer alıb.
Qeyd edək ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə 2015-ci ildən dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinin özbək dilinə tərcüməsi və nəşri layihəsi həyata keçirilir. Əsərləri özbək dilinə Camal Kamal tərcümə edib.
Azərbaycanın yaxın dostu
Camal Kamal AMM-in dəstəyi ilə Azərbaycanda səfərdə
də olub, Bakıda şairin
80 illik yubileyi keçirilib.
Mədəniyyət.- 2019.- 26
aprel.- S.4.