İsmayıl Şıxlının xatirəsi yad olunub

 

 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi münasibətilə “Ədəbiyyata bağlı ömür yolu” adlı tədbir keçirilib.

Kitabxananın direktoru Oruc Quliyev çıxış edərək ədibin həyat və yaradıcılığı haqqında məlumat verib. Kitabxananın direktor müavini Xalidə Musayeva, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları – dosent Aytən Rüstəmzadə,  filologiya üzrə fəlsəfə doktorları Rasim Nəbioğlu, Esmira Fuad, Yadigar Əsgərova, Azərbaycan Dillər Universitetinin müəllimi, ədibin gəlini Reyhan Yusifqızı və başqaları çıxış edərək Xalq yazıçısı İsmayıl Şıxlının zəngin yaradıcılığından, pedaqoji fəaliyyətindən söz açıblar.

Ədibin “Dəli Kür” romanı əsasında çəkilən filmdən fraqmentlər nümayiş olunub. Sonda yazıçının oğlu Fərrux Şıxlı tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib.

* * *

M.S.Ordubadinin xatirə muzeyində də Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Direktor Lalə Abaszadə qonaqları salamladıqdan sonra muzeyin elmi işçisi İradə Vəliyeva yazıçının yaradıcılığı haqqında danışıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Himalay Qasımov,  şair, yazıçı-dramaturq Seyran Səxavət, ədəbiyyatşünas Arzu Hüseynova, Naxçıvan MR-in Bakı şəhərindəki nümayəndəliyinin əməkdaşı Ramazan Abbasov çıxış edərək İsmayıl Şıxlının yaradıcılığından söz açıblar. Yazıçının oğulları Elçın və Fərrux Şıxlı ataları ilə bağlı xatirələrini bölüşüblər.

Xatirə tədbiri Milli Konservatoriya tələbələrinin təqdimatında musiqi nömrələri ilə davam edib.

 

Mədəniyyət.- 2019.- 26 aprel.- S.4.