Azərbaycan kinosunun 121 yaşı tamam olur

 

Avqustun 2-də Azərbaycan kinosunun 121 yaşı tamam olur.

 Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

 Azərbaycan kinematoqrafiyasının tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər səssiz janrda çəkilib. Həmin filmlərin fotoqraf nasiri Aleksandr Mişon olub. "Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" "İlişdin"  səssiz janrda çəkilmiş ilk bədii kinosüjetdən ibarət filmlərdir.

 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında "Neft milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında "Arşın mal alanqısametrajlı bədii filmləri çəkilib.

 Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar "Kinematoqrafiya teatr qulluqçuları şurası”nda birləşiblər.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış "Qız qalasıbədii filmi olub.

1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək "Azdövlətkino”, "Azərkino”, "Azərfilm”, "Azdövlətkinosənaye”, "Bakı kinostudiyası”, "Azərbaycanfilmadlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.

"Azərbaycanfilm”də bugünədək iki mindən çox müxtəlif janrda film istehsal olunub. Onların bir hissəsi, eləcə "Arşın mal alan”, "Şərikli çörək”, "Ad günü”, "Sevinc buxtası”, "İstintaq”, "Yaramaz başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən "Ögey ana”, "Uzaq sahillərdə”, "Arşın mal alan”, "Bizim Cəbiş müəllim”, "Axırıncı aşırım”, "Nəsimi”, "Özgə vaxt”, "Sarı gəlin”, "Ovsunçu”, "Buta”, "Çölçü”, "Nabat”, "Axınla aşağı digərləri beynəlxalq digər kinofestivalların mükafatlarına layiq görülüb.

 

02.08.2019 15:31:49 ÖLKƏ

Avqustun 2-də Azərbaycan kinosunun 121 yaşı tamam olur.

 Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

 Azərbaycan kinematoqrafiyasının tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər səssiz janrda çəkilib. Həmin filmlərin fotoqraf nasiri Aleksandr Mişon olub. "Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" "İlişdin"  səssiz janrda çəkilmiş ilk bədii kinosüjetdən ibarət filmlərdir.

 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında "Neft milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında "Arşın mal alanqısametrajlı bədii filmləri çəkilib.

 Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar "Kinematoqrafiya teatr qulluqçuları şurası”nda birləşiblər.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış "Qız qalasıbədii filmi olub.

1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək "Azdövlətkino”, "Azərkino”, "Azərfilm”, "Azdövlətkinosənaye”, "Bakı kinostudiyası”, "Azərbaycanfilmadlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.

"Azərbaycanfilm”də bugünədək iki mindən çox müxtəlif janrda film istehsal olunub. Onların bir hissəsi, eləcə də "Arşın mal alan”, "Şərikli çörək”, "Ad günü”, "Sevinc buxtası”, "İstintaq”, "Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən "Ögey ana”, "Uzaq sahillərdə”, "Arşın mal alan”, "Bizim Cəbiş müəllim”, "Axırıncı aşırım”, "Nəsimi”, "Özgə vaxt”, "Sarı gəlin”, "Ovsunçu”, "Buta”, "Çölçü”, "Nabat”, "Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.

 

Mədəniyyət . -2019.- 2 avqust.- S.1-2.