Milli
Kitabxanada sərgi
Milli
Kitabxanada “1 avqust Azərbaycan Əlifbası və Azərbaycan
Dili Günüdür” adlı kitab sərgisi təşkil
edilib.
Kitabxananın
direktor müavini Ədibə İsmayılova
çıxış edərək bu əlamətdar
günün ümummilli lider Heydər Əliyevin müvafiq fərmanına
əsasən qeyd edildiyini diqqətə çatdırıb.
Bu
sahəyə dövlət qayğısından danışan
direktor müavini bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqında” müvafiq sərəncamına
əsasən, Azərbaycan və dünya ədəbiyyatı
nümunələrinin yer aldığı kitablar geniş
oxucu kütləsinin istifadəsinə verilib.
Çıxışlardan
sonra kitab sərgisinə baxış keçirilib. Sərgidə
Azərbaycan dilində və xarici dillərdə 300-dən
çox kitab və dövri mətbuat materialları
nümayiş olunur.
Mədəniyyət.-
2019.- 2 avqust. S. 3.