Dünya
İrs Komitəsinin Bakı sessiyasının yüksək səviyyədə
keçirilməsində fəal iştirak etmiş şəxslər
təltif olunub
Prezident
İlham Əliyev avqustun 1-də UNESCO-nun Dünya İrs Komitəsinin
43-cü sessiyasının Bakı şəhərində
yüksək səviyyədə təşkili və
keçirilməsində, həmçinin Şəki şəhərinin
tarixi mərkəzi ilə birgə Şəki Xan
sarayının Dünya irs siyahısına salınmasında
fəal iştirak etmiş şəxslərin təltif edilməsi
haqqında sərəncam imzalayıb.
Sərəncama
əsasən, Azərbaycan Respublikasının Mədəniyyət
naziri Əbülfəs Qarayev 1-ci dərəcəli “Vətənə
xidmətə görə” ordeni, nazir müavini Sevda Məmmədəliyeva
2-ci dərəcəli “Vətənə xidmətə görə”
ordeni, ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin
rəhbəri, səfir Anar Kərimov 3-cü dərəcəli
“Vətənə xidmətə görə” ordeni ilə təltif
ediliblər.
Eyni
zamanda Ramil Abbəkirov, Tamerlan Axundov, Rəşad Əliyev,
Seymur Həsənov, Xumar İbrahimova və Təranə Qəmbərova
“Tərəqqi” medalına layiq görülüblər.
Ölkə
başçısının digər sərəncamı ilə
Aygün Babazadə, Araz Bağırlı, Rizvan Bayramov, Vasif
Eyvazzadə, Əfsun Əhmədov, Günay Əliyeva, Ələkbər
Xıdırov, Pietro Laureano və Sami Yusuf “Azərbaycan
Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif
ediliblər.
Mədəniyyət.-
2019.- 2 avqust. S. 2.