Gənc musiqiçilərin Qara Qarayevin ev-muzeyində konserti
İyulun 29-da Qara Qarayevin ev-muzeyində gənc musiqiçilər, Prezident təqaüdçüləri – Fransanın musiqi məktəblərində təhsil alan pianoçu Vurğun Vəkilov, fleyta ifaçısı Ağarəhim Quliyev və ABŞ-da oxuyan pianoçu Əli Məmmədovun iştirakı ilə konsert keçirilib.
Tədbiri Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb. Bildirib ki, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində olan “Klassik musiqisevərlər klubu” 2008-ci ildən fəaliyyət göstərir. Hər ayın ilk həftəsində bu klubda konsert, yaradıcılıq gecələri təşkil olunur. Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Qara Qarayevin ev-muzeyində keçirilən budəfəki musiqi axşamına istedadlı gənc musiqiçilər dəvət olunub.
Sonra ifaçılar
haqda məlumat verilib.
Konsert proqramında Qara Qareyevin, Frederik Şopenin və Pietro Morlaççinin əsərləri
ifa olunub.
Mədəniyyət.- 2019.- 2 avqust.- S.5.