“Muğam
dünyasına səyahət” davam edir
Beynəlxalq Muğam Mərkəzinin (BMM) yeni layihəsi olan “Muğam dünyasına səyahət” adlı silsilə konsert proqramlarının növbəti tədbiri iyulun 26-da Bakı şəhəri Qaradağ rayonundakı Aşıq Rza Qobustanlı adına Mədəniyyət evində keçirilib.
Qaradağ sakinləri ilə görüşə xanəndələr Elgiz Əliyev, Nisbət Sədrayeva və Almaxanım Əhmədli gəliblər. İfaçıları tarda Zəfər Məmmədli, kamançada Müşfiq Lətifov və nağarada Vüsal Əliyev müşayiət ediblər.
BMM-in təşəbbüsü və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə gerçəkləşən konsertdə gənc xanəndələr Azərbaycan xalq mahnılarını və muğamlarını ifa ediblər. Bir-birindən maraqlı çıxışlar tamaşaçılara əsl yay istirahəti yaşadıb.
Layihə ilin sonuna kimi
davam edəcək. İsti yay
günlərini Azərbaycan
muğamlarının musiqisi
ilə keçirmək
istəyənlər sənət
axşamlarına dəvət
olunur.
Mədəniyyət.- 2019.- 2 avqust.- S.5.