“Culture Guide” mədəniyyət bələdçisinin
avqust sayında
“Bakı dünyəvi
bir şəhərdir,
zəngin tarixə,
UNESCO-nun Dünya irs siyahısına daxil olan sahələrə malikdir. Biz dünyanın müxtəlif yerlərindən
paytaxt şəhərinizə
toplaşmışıq. Bu, bizi bir araya gətirən dəyərlərə, ümumi
tariximizə, bölüşdüyümüz
məqamlara bağlıdır.
Mən Azərbaycan Respublikasının
rəhbərliyinə səmimi
qonaqpərvərliyə və
üzv dövlətlər
üçün yaradılmış
şəraitə və
xüsusi mühitə
görə təşəkkürümü
bildirirəm”.
UNESCO-nun Baş direktoru
xanım Odre Azulenin Bakıda keçirilən Dünya İrs Komitəsinin
43-cü sessiyasının açılış
mərasimində dediyi
bu sözlər
“Culture Guide” mədəniyyət bələdçisinin yeni
çapdan çıxan
növbəti sayında
bir daha diqqətə çatdırılır.
Ölkəmizə təşrif buyuran
qonaqlara Azərbaycanın
mədəni irsi, incəsənəti, sənət
ocaqlarının fəaliyyəti,
eləcə də bölgələrimizin mədəni
palitrası barədə
dolğun məlumat vermək, onların ölkəmiz barədə
təəssüratını yaddaqalan etmək məqsədilə ərsəyə
gələn “Culture Guide” kataloqunun
avqust buraxılışı
da mövzu və materiallar baxımından zənginliyi
ilə seçilir.
“Baku Guide” MMC tərəfindən ingilis və rus dillərində hazırlanaraq nəşr edilən mədəniyyət
bələdçisi Azərbaycan
haqqında, ölkəmizin
keçmişi, müasir
inkişafı, mədəniyyətimizin
tarixi mənzərəsi
ilə bağlı təqdimat yazısı ilə açılır. Yazıda
müsəlman Şərqində
ilk peşəkar teatrın,
kinematoqrafın, operanın
Azərbaycanda yarandığı
diqqətə çatdırılır,
ölkəmizin müasir
dövrdə mədəniyyətlərarası
dialoqa töhfələrindən,
son illər bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən bəhs olunur.
30 iyun – 10 iyul tarixlərində Bakıda
keçirilən UNESCO-nun Dünya
İrs Komitəsinin
43-cü sessiyası da
bu il
ölkəmizin mədəni
həyatında ən
mühüm beynəlxalq
hadisədir. Nəşrdə
Azərbaycanın Dünya
İrs Komitəsinə
üzvlüyü və
cari ildə bu qurumda sədrlik
etməsi, 43-cü sessiyanın
gedişi, qəbul olunan qərarlar və ümumilikdə
UNESCO-nun bu mötəbər
tədbirinə ev sahibliyinin ölkəmiz üçün
əhəmiyyəti barədə
söz açılır.
Həmçinin paytaxtın mədəniyyət
ocaqlarında xarici qonaqlar üçün təşkil olunan maraqlı tədbirlərdən
bəhs olunur.
Eyni zamanda
“Culture Guide”ın yeni
buraxılışında ənənəvi
olaraq şəhərdəki
mədəniyyət müəssisələri
haqqında təqdimat-tanıtma
səciyyəli informasiyalar
verilib. Sənət mövsümünü başa vurmuş teatrlar və bir sıra konsert
müəssisələri avqust
ayında istirahətdə
olsalar da, digər mədəniyyət
ocaqlarının – kino
zallarının, qalereyaların,
eləcə də əyləncə məkanlarının
bu ay üçün
də maraqlı tədbirlər proqramı
var.
Nəşrdə Bakının hər
zaman xarici qonaqların diqqətini çəkən tarixi və müasir memarlıq nümunələri,
İçərişəhər, minilliklərin daş yaddaşı olan Qobustan, Atəşgah məbədi və Yanardağ haqqında məlumatlar, turistlərin
ölkəmizdən özləri
ilə hansı suvenir və “dadlı xatirələr”i apara biləcəklərinə
dair tövsiyələr
verilir.
“Culture
Guide” kataloqunun hər
sayında ölkəmizin
dünya mədəniyyəti
xəzinəsinə töhfələri,
eləcə də paytaxtla yanaşı, regionlarımızdakı dünya
əhəmiyyətli mədəni
irs nümunələri
barədə yazılar
dərc edilir. Nəşrin avqust buraxılışında UNESCO-nun Dünya irs
siyahısına yenicə
daxil edilmiş Şəkinin tarixi-mədəni
irsi, eləcə də Bəşəriyyətin
qeyri-maddi mədəni
irs siyahısında yer alan nümunələrimizdən
milli muğam sənəti, Azərbaycan
xalça sənəti,
Lahıc misgərlik sənəti barədə
materiallar təqdim olunur.
“Qarabağ – Azərbaycanın
mədəniyyət beşiyi”
adlı yazıda əzəli yurd yerimizin mədəni irsi, işğal altındakı torpaqlarımızdakı
mədəni sərvətlərimizin
dağıdılıb talan
edildiyi əcnəbi oxucuların diqqətinə
çatdırılır. “Keçmişin abidələri
– tarixin izləri” başlıqlı yazıda
isə Azərbaycanın
qədim abidələr
diyarı olduğu müxtəlif nümunələrlə
qeyd edilir, tarixi abidələrin mühafizəsi və bərpası ilə bağlı görülən
işlərdən söz
açılır.
2009-cu ildən etibarən hər il
keçirilən Qəbələ
Beynəlxalq Musiqi Festivalı dünya musiqi xəritəsində
özünə layiqli
yer qazanıb. “Bir həftə
musiqi və ömür boyu təəssürat” başlıqlı
yazıda 31 iyul – 5 avqust tarixlərində Qəbələdə 11-ci dəfə
keçirilən festival barədə
məlumat verilir.
“Culture
Guide” avqust ayının
mədəniyyət təqviminə
də nəzər salır. 2 avqust – Azərbaycan Kinosu Günü və milli kinematoqrafın tarixi, 17 avqustda (1942) anadan olmuş dünya şöhrətli
müğənni Müslüm
Maqomayevin həyat və yaradıcılığı
haqqında yazılar bu qəbildəndir.
Nəfis tərtibatda hazırlanan mədəniyyət
bələdçisində hər ay
görkəmli rəssamlarımızın məşhur əsərlərinin
reproduksiyasına yer verilir.
Bu dəfə “Culture
Guide”ın ilk səhifəsində Əməkdar
rəssam Ələkbər Rzaquliyevin
“Şəki darvazası” qrafik əsəri
əks olunub.
Mədəniyyət.- 2019.- 2 avqust.- S.8.