Rəqs kollektivlərimiz Türkiyədə ölkəmizi uğurla təmsil ediblər

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mədəniyyət Mərkəzinin “Səma” rəqs kollektivi Türkiyənin İnegöl şəhərində keçirilən 32-ci Beynəlxalq Mədəniyyət və İncəsənət Festivalında iştirak edib.

 

İnegöl Bələdiyyəsi tərəfindən təşkil olunan festival çərçivəsində müxtəlif məkanlarda rəqs kollektivinin çıxışları olub, görüşlər keçirilib. Görüşlərdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı Sücaət Piriyeva iştirak edib.

 

“Səma” rəqs kollektivinin çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Festivalın sonuncu günü kollektiv fəal iştirakına görə təltif olunub.

 

***

 

Bərdə Regional Mədəniyyət İdarəsinin Mingəçevir şəhər şəhid F.Qasımov adına Uşaq incəsənət məktəbinin “Banu” rəqs kollektivi isə Türkiyənin Mersin vilayətinin Anamur bölgəsində keçirilən 13-cü Beynəlxalq festivalda iştirak edib.

 

Festival Anamur Bələdiyyəsi tərəfindən təşkil olunub.

 

Mingəçevir məktəbinin rəqs kollektivinin çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Festivalın sonuncu günüBanurəqs kollektivinə fəal iştirakına görə təşəkkürnamə təqdim olunub.

 

 

Mədəniyyət.- 2019.-  2 avqust.- S.8.