“Soyqırımı tarixinin
dastanı” Cocuq Mərcanlıda nümayiş olunub
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” əsərinin tamaşasını göstərib.
Tamaşadan əvvəl vətən uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev tamaşaçıları salamlayaraq öz fikirlərini bölüşüblər.
Sonda səhnə əsəri nümayiş olunub. Kənd sakinləri və yaxınlığında olan hərbi hissələrdəki zabit və əsgər heyətinin izlədiyi tamaşa maraqla qarşılanıb.
Tamaşanın quruluşçu rejissoru İftixar Piriyev, bəstəkarı Muxtar Abseynov, rejissor assistenti Bəhruz Hikmətoğlu, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.
Rollarda aktyorlar Natiq Həziyev, Əmrulla Nurullayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Zəki Fətəliyev, Anar Buludov, Pərvin Dadaşova və başqaları çıxış ediblər.
Mədəniyyət.- 2019.- 2 avqust.- S.5.