“Mədəni
irsimizin məhv edilmiş inciləri”
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Mədəni irsimizin məhv edilmiş inciləri” layihəsi çərçivəsində
maarifləndirici tədbir
təşkil edilib.
Tədbir məcburi köçkünlərin
daha çox məskunlaşdığı Bakı
və ətraf qəsəbələrdə keçirilib. Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (paytaxtın Nərimanov rayonunda yerləşir) təşkil olunan tədbirdə QHT sədri
Rahilə Mehdiyeva layihə haqqında məlumat verib. Bildirib ki, Azərbaycanın
Dağlıq Qarabağ
bölgəsi və onun ətrafındakı 7
rayonun Ermənistan tərəfindən işğalı
nəticəsində tarixi-memarlıq
abidələri, arxeoloji
abidələr, 22 muzey,
4 rəsm qalereyası,
4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi,
20 mədəniyyət sarayı,
4 dövlət teatrı
dağıdılaraq talan
edilib. Bu abidələr
həm də mənəviyyat tariximizin səhifələridir. Həmin abidələri
gənc nəslə tanıtmalı, eyni zamanda beynəlxalq ictimaiyyəti bu barədə məlumatlandırmalıyıq.
Tədbir sonrakı iki
gündə Zəngilan Tarix-Diyarşünaslıq Muzeyində
sərgi ilə davam edib.
Sərgi zamanı nümayiş olunan qədim tarixi eksponatlar haqqında geniş
məlumat verilib. Tədbirdə gənclər,
vətəndaş cəmiyyəti təşkilatlarının
nümayəndələri müxtəlif təkliflərlə
çıxış ediblər. Belə maarifləndirici layihələrin
yeni nəslin işğal
altında olan torpaqlarımızın tarixi haqqında daha geniş məlumatlanması üçün
əhəmiyyəti vurğulanıb. Layihənin həyata
keçirilməsinə verilən dəstəyə görə
Mədəniyyət Nazirliyinə minnətdarlıq ifadə olunub.
Mədəniyyət.- 2019.- 7
avqust.- S.6.