Dilçi alimlərin kitabı Almaniyada çap olunub
Azərbaycan Dillər Universitetinin
(ADU) Ümumi dilçilik
kafedrasının müdiri,
professor Azad Məmmədov, universitetin əməkdaşları
Misgər Məmmədov
və Cəmilə Rəsulovanın müəllifi
olduqları “Repetition in discourse” kitabı Almaniyanın “Lincom GmbH” nəşriyyat evində çapdan çıxıb.
Kitab təkrarların linqvistik assosiativ
xüsusiyyətlərinin tədqiqinə həsr edilib. Həmçinin təkrarın idraki fəallığını
stimullaşdıran metaforanın psixolinqvistik
xüsusiyyətlərinin təhlili kitabda
öz əksini tapıb.
Araşdırmalar daha çox
xüsusi nitq növü və ya
janrında təkrarların funksiyasının üzərində
cəmlənib.
Mədəniyyət.- 2019.- 7
avqust.- S.7.