Mədəniyyət Nazirliyinin dəstək verdiyi layihələr uğurla icra olunur

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə Mədəniyyət Nazirliyinin elan etdiyi müsabiqədə qalib olan layihələrin icrası davam etdirilir.

“Tərəqqi” Sosial Tədqiqatlar İctimai BirliyininMaddiqeyri-maddi irsimizin qorunması və təbliğ olunması məqsədilə milli rəqslərimizin, muğam, aşıq sənətinin qorunması və təbliği” adlı layihəsi də nazirliyin müsabiqəsinin qalibi olmuşdu. Beş ay davam edən layihənin məqsədi xalqımızın sahib olduğu maddiqeyri-maddi mədəni irs nümunələrinin qorunması və gələcək nəsillərə ötürülməsidir. Məlum olduğu kimi, qədim muğam və aşıq sənətlərimiz artıq UNESCO səviyyəsində qorunan qeyri-maddi mədəni irs nümunələrimizdir.

Layihə Gəncə şəhəri, Qazax, Şəmkir, Tovuz, Ağstafa, Göygöl və Gədəbəy rayonları üzrə ümumilikdə 25 nəfər yeniyetmə və gənci əhatə edib. Qeyd edilən rayonlar üzrə ən bacarıqlı iştirakçılar arasında seçim aparılıb. Fərqlənən yeniyetmə və gənclər yekun olaraq avqustun 2-də Ağstafada bir araya gəlib, onların rəngarəng ifaları təqdim edilib.

Mədəniyyət Nazirliyinin dəstək verdiyi layihənin icrası zamanı 150 nəfər keçirilən tədbirlərin iştirakçısı olub, milli rəqslərimiz, muğam, aşıq sənətimiz haqqında məlumat alıb. Reallaşdırılan tədbirlər həmçinin istedadlı yeniyetmə və gənclərin ölkə ictimaiyyətinə tanıdılması baxımından əhəmiyyət kəsb edir.

 

Mədəniyyət.- 2019.- 7 avqust.- S.4.