“Mədəni
irsimizin səsi”ni dinləyək
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən
“Mədəni irsimizin
səsi” layihəsinə
başlanılıb.
Layihədə pilot region kimi ilkin olaraq
Füzuli rayonu seçilib. Rayonun Babı kəndi yaxınlığında yerləşən
XII-XIII əsrlərdə tikilmiş
Şeyx Babı türbəsi, Əhmədalılar
kəndindəki XIII əsrə
aid Əhmədalılar türbəsi,
Bəhmənli kəndində
XIX əsrdə inşa
olunan məscid binası, Aşağı
Əbdürrəhmanlı kəndindəki
qədim kəhriz, erməni işğalçıları
tərəfindən güllələnmiş
qədim kənd məzarlıqları və
s. tarixi mədəni abidələr haqqında məlumatları özündə
əks etdirən videoçarx hazırlanır.
Layihənin məqsədi həm sovet dövründə, həm də Qarabağ müharibəsi
zamanında bədnam ermənilər tərəfindən
tarixi mədəni abidələrimizə qarşı
həyata keçirilən
vandalizm, mənimsəmə
faktlarının dünya
ictimaiyyətinin diqqətinə
çatdırılmasıdır.
Artıq Füzuli rayonunun Böyük Bəhmənli,
Babı, Əhmədalılar
və Aşağı
Əbdürrəhmanlı kəndlərində
çəkilişlər başa
çatıb.
Layihənin əsas eksperti
özbəkistanlı tədqiqatçı alim
Şöhrət Barlasdır. Videomaterialın yaxın zamanda ictimaiyyətə təqdim olunması nəzərdə
tutulur.
Mədəniyyət.- 2019.- 7 avqust.- S.4.