“Dini
bayramlar: tarix, ənənə və müasirlik”
Avqustun
7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
(DQİDK) təşkilatçılığı
ilə “Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda konfrans keçirilib.
Komitə sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə
dövlət-din münasibətlərinin
yüksək səviyyədə
qurulmasından, dini mərasimlərin keçirilməsi
üçün lazımi
şəraitin yaradılmasından,
həmçinin milli-mənəvi
irsimizin qorunması, təbliği və gələcək nəsillərə
ötürülməsi istiqamətində
görülən ardıcıl
tədbirlərdən söhbət
açıb. O, eyni zamanda müxtəlif dini mərasimlərin, müqəddəs bayramların
tarixi xüsusiyyətləri,
milli aspektləri və müasir dəyərlər sistemindəki
yeri barədə konfrans iştirakçılarına
ətraflı məlumat
verib. Vurğulayıb ki, İslam
dünyasının ən
müqəddəs bayramlarından
hesab olunan Qurban bayramı bütün müsəlman
ölkələrində təmtəraqla
qeyd olunur. İslamda bu bayram xüsusi
mahiyyət və əhəmiyyət kəsb
edir, onun əsasında Allaha sonsuz sevgi, onun
qüdrətinə dərin
inam və iman işığı durur.
Mənəvi Dəyərlərin Təbliği
Fondunun icraçı
direktorunun müavini Ceyhun Əliyev bildirib ki, dini
bayramlar mövzusu həmişə aktual olub, xüsusilə İslam dini ilə əlaqəli bayramların qeyd edilməsi məsələsində
maarifçi yanaşma,
dini məqamların doğru şəkildə
insanlara çatdırılması
olduqca əhəmiyyətlidir. Bayramların tarixi xüsusiyyətlərini,
təsnifatını, ölkəmizdə
qeyd olunan müxtəlif dinlərə
aid bayramların mahiyyətini
diqqətə çatdıran
Ceyhun Əliyev vurğulayıb ki, bu bayramlar bizim
milli-mənəvi dəyərlərimizin
tərkib hissəsidir.
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasın Millətlərarası
münasibətlər, multikulturalizm
və dini məsələlər şöbəsinin
böyük məsləhətçisi
Əliheydər Zülfüqarov
vurğulayıb ki, ölkəmiz müstəqillik
qazandıqdan sonra Qurban, Ramazan ümumxalq bayramları sırasına daxil olub, dövlət səviyyəsində qeyd olunmağa başlayıb və həmin günlər qeyri-iş günü elan olunub.
Qeyd edilib ki, dövlətimizin
başçısının Ramazan bayramı münasibətilə təşkil
edilən iftar mərasimində iştirak
etməsi, dini bayramlar ərəfəsində
İslam dininə mənsub xarici ölkə səfirlərini
qəbul etməsi, həmçinin İslam dini ilə yanaşı,
digər dinlərin nümayəndələrinə məxsus dini bayramların təşkilinə
və qeyd olunmasına dəstək göstərməsi dövlətin
dini bayramlara verdiyi dəyərin bariz nümunəsidir.
Qafqaz Müsəlmanları İdarəsinin
sədr müavini Fuad Nurullayev Qurban bayramının ən gözəl xüsusiyyətlərindən birinin
din, məzhəb ayrı-seçkiliyinə
yol verilməməsi olduğunu deyib. Bu bayramda istənilən
dindən olan kimsəsizin və yoxsulun haqqı var ki, varlının
imkanlarından bəhrələnsin,
adi günlərdə
yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki,
insanlar Allahın xoşuna gələcək
bir əməli icra edirlər.
Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin əməkdaşı Araz
Qurbanov respublikamızda yaşayan
müxtəlif dinlərin nümayəndələrinin dini bayramlarını öz
ənənələrinə uyğun
şəkildə qeyd etmələri üçün yüksək şəraitin
yaradıldığını bildirib. O
vurğulayıb ki, dini
bayramlar həmrəylik nümunəsidir, sosial səviyyəsindən, mədəni, etnik müxtəlifliyindən asılı olmayaraq bütün insanlar bu bayramları vəhdət
halında yüksək səviyyədə qeyd
edirlər.
Mədəniyyət.- 2019.- 9 avqust.- S.2.