Seminarlarda kitabxana
işindən söhbət açılıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında kitabxana işinin inkişafının sürətləndirilməsində mövcud vəziyyət və yarım ilin yekunları ilə bağlı seminar təşkil edilib.
Seminarda Xəzər rayon MKS-nin əməkdaşları, filial və şöbə müdirləri iştirak ediblər.
Mərkəzi kitabxananın direktoru Vəfa Quliyeva qarşıda duran məsələlər, cari ilin yekunları, kitabxana sisteminin avtomatlaşdırılması, keçirilən tədbirlər haqqında məlumat verib. Eyni zamanda iştirakçılar da öz fikirlərini, problemləri qeyd ediblər.
***
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə rayon Mədəniyyət Mərkəzində Bərdə rayonu üzrə mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib.
İdarənin rəis müavini Validə Nabatova avqust ayının əlamətdar günləri, bu münasibətlə keçirilən tədbirlər barədə danışıb.
Daha sonra
Bərdə rayon MKS-nin
direktoru Havva Mirzəyeva
kitabxanaların fəaliyyətinin genişləndirilməsi və
kitabxanalarda göstərilən digər mədəni
xidmətlərin artırılmasından bəhs edib.
Mədəniyyət.- 2019.- 9 avqust.- S.3.