“Musiqiyə atamın istəyi ilə gəlmişəm”

 

 

 

Uşaqlıqda rəssam olmaq arzusunda idim. Atam Azərbaycanın tanınmış rəssamı olub. Ancaq o, musiqiniçox sevirdi. Vaxtilə anamla birlikdə violonçeldə də ifa ediblər. Atamın arzusu ilə mən musiqi sahəsini seçdimbuna görə heç də təəssüflənmirəm.

Bu sözləri XI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Türkiyənin “Trio Mirakulumqrupunun yaradıcılarından biri, Azərbaycanın Xalq rəssamı Elbəy Rzaquliyevin qızı Aytac Rzaquliyeva deyib.

Aytac Rzaquliyeva P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. Daha sonra Bakıda Liya Filatova, Fərhad Bədəlbəyli, Cahangir Qarayev kimi tanınmış pianoçuların, eləcə də Y.MilşteynP.Messner kimi məşhur musiqiçilərin ustad dərslərində iştirak edib. Azərbaycan, Rusiya, Türkiyə, Portuqaliya və digər ölkələrdə konsert proqramları ilə tamaşaçıların qarşısına çıxıb. Hazırda Türkiyənin Mərmərə Universitetində fortepiano və musiqişünaslıq üzrə dərs deyir, konsert, seminarustad dərslərində çıxışlar edir.

Musiqiçi bildirib ki, “Trio Mirakulumiki ildir fəaliyyət göstərir. Hazırda qrupun tərkibinə daxil olan türkiyəli violinviolonçel ifaçıları onun tələbələri olub. Qrup əsasən İstanbulda təşkil edilən tədbirlərdə, konsertlərdə çıxış edir. Azərbaycanda isə bir dəfə - Milli İncəsənət Muzeyində keçirilən tədbirə qatılıb. Qəbələ festivalına dəvəti də həmin tədbirdə alıblar.

Festivalda iştirak etməyi çox arzuladığını vurğulayan Aytac Rzaquliyeva deyib: “Qəbələ festivalı barədə çox eşitmişdimburaya gəlmək istəyirdim. Çünki beynəlxalq festivaldır, dünyanın bir çox ölkələrindən bura məşhur orkestrlər, musiqiçilər, ifaçılar gəlirlər. İstəyirdim ki, bizim qrupumuzu da tanısınlar. Sənətin, musiqinin əsas işi insanları dostlaşdırmaqdır. Azərbaycan qədim tarixi olan çox gözəl ölkədir. Musiqimiz də, digər sənətlərimiz də gözəldir. Xarici ölkələrdən bura gələn bütün insanlar, sənət adamları bu gözəlliyi görürbizi daha yaxından tanıyırlar. Musiqinin gücü də elə bundadır”.

 

Mədəniyyət.- 2019.- 9 avqust.- S.5.