Mədəniyyət məhdudiyyət
tanımır
“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi “Mədəniyyət məhdudiyyət tanımır” adlı layihəni Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirir. Layihə çərçivəsində Şəkidə sağlamlıq məhdudiyyətli yeniyetmə və gənclərin könüllülük mədəniyyətinin formalaşdırılması məqsədilə tarixi-mədəni abidələrə ekskursiya həyata keçirilir.
Sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrə Oğuz (Muxas qalası, Sincan kəndindəki məscid), Qax (“Cinli” qala, XII-XIII əsrlərə aid məbəd kompleksi, Pəri qalası), Şəki (Şəki Xan sarayı), Zaqatala (Zaqatala qalası, Çingiz qalası), Balakən (Minarəli məscid, Talalar Nur kilsəsi) rayonlarının tarixi məkanları, tarixi abidələri barədə ətraflı məlumat verilir.
Layihə çərçivəsində 50 nəfər
sağlamlıq imkanları məhdud uşaq
və yeniyetmənin bölgələrə səfərləri
təşkil olunacaq. Nəticədə
sağlamlıq imkanları məhdud uşaqlarda
ünsiyyət, öz tarixinə, mədəniyyətinə
hörmət hissi
formalaşdırılacaq və onların cəmiyyətə
inteqrasiyasına əlavə zəmin yaradılacaq. Səfər
çərçivəsində layihə
iştirakçılarına sözügedən rayonlarda olan mədəni-tarixi
abidələrlə yanaşı, rayonların milli
adət-ənənəsi ilə bağlı təbliğat işi də aparılacaq.
Mədəniyyət.- 2019.- 9 avqust.- S.4.