Tarixi həqiqətlərin
təbliğində internet texnologiyalarından istifadə
Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə “Sumqayıt Tələbələri”
İctimai Birliyi tərəfindən “İnformasiya
texnologiyaları vasitəsilə
Dağlıq Qarabağ
münaqişəsi zamanı
məhv olmuş maddi və mənəvi
mədəniyyət nümunələri,
tarix və mədəniyyət abidələri
haqqında təbliğatın
aparılması” adlı
layihə icra olunur.
Layihə çərçivəsində növbəti tədbir Quba rayonunun Qəçrəş qəsəbəsində
keçirilib.
İctimai birliyin sədri Rüfət Mahmudzadə layihə barədə məlumat verib, internet resurslarından səmərəli
istifadə edərək
Qarabağ həqiqətlərinin
beynəlxalq ictimaiyyətə
çatdırılmasının əhəmiyyəti barədə
danışıb. Tarixçi-ekspert, “Ermənistanın Azərbaycana
qarşı silahlı
təcavüzü və
işğalın ağır
nəticələri” kitabının
həmmüəllifi Ramil
Süleymanov gənclərin
bu istiqamətdə rolundan söz açıb.
Tədbirdə iştirak edən
gənclərə - orta
ümumtəhsil müəssisələrinin
şagirdlərinə, peşə
və ali
təhsil müəssisələrinin
tələbələrinə tarixi həqiqətlərin
dünya ictimaiyyətinə
düzgün çatdırılmasında
internet texnologiyalarından, veb 2.0 alətlərindən
istifadə qaydaları
barədə təlim
keçirilib.
Mədəniyyət.- 2019.- 9
avqust.- S.4.