Ölkəmiz Latviyada
tətbiqi sənət konfransında təmsil olunub
Riqada 2-ci Beynəlxalq Tətbiqi Sənət Festivalı və Latviyanın tətbiqi sənət ustaları Yuli Maderniyeks (1870-1955) və Yulius Straumeyə (1874-1970) həsr edilmiş “İki Yuli. Straume” mövzusunda konfrans keçirilib.
Tədbirdə “NUR Art House” qalereyasının direktoru, “Azərbaycan xalçaçıları” İctimai Cəmiyyətinin sədri, Əməkdar mədəniyyət işçisi Röya Tağıyeva iştirak edib.
Onun sözlərinə
görə, festival 2009-cu ildən
“Straume” devizi altında keçirilir. Bu rəmzi axın latış xalq ənənələrini, onların
variasiyalarını, Şərq
xalça kompozisiyaları
və naxışları,
çiçəkləri, bitkiləri, quşları
və rəssamların
işlərində öz
əksini tapmış
digər üslub formalarını əhatə
edir.
Festival çərçivəsində
keçirilmiş beynəlxalq
elmi konfrans bu sənətkarların şəxsiyyətinə, onların
yaradıcılığına və mədəni irslərinin transformasiyasına
həsr edilib. Konfransa
Latviya, Azərbaycan, Gürcüstan, İran və Rusiyadan olan mühazirəçilər
qatılıb.
Röya Tağıyeva konfransda “Yulius Straumenin Azərbaycan xalça
sənətinin inkişafında rolu”
adlı məruzə ilə çıxış edib. Məruzədə tanınmış
latış rəssamı və dekorativ-tətbiqi sənət
bilicisinin Azərbaycan xalçalarına
yüksək qiymət verməsi qeyd edilir. Məruzədə Yulius Straumenin Azərbaycan
xalçalarına dair
araşdırmalarından, onun albomları
və Azərbaycan kompozisiyası ənənələrinin
(çeşnilərin) millimetrlik çertyojlara texniki üsulla köçürülməsi
ideyası sayəsində xalçalarımızın zəngin
çeşidinin qorunub
saxlanılmasından bəhs olunur.
Mədəniyyət.- 2019.- 9
avqust.- S.5.