“Muğam
dünyasına səyahət”də növbəti konsert
Avqustun 9-da “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində daha bir konsert proqramı Binəqədi rayon Mərkəzi Mədəniyyət Evində təqdim olunacaq. Konsert Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
Muğamsevərlər tanınmış xanəndələrin ifasında muğamları, xalq mahnı və təsnifləri, dəramədləri, rəngləri dinləyəcəklər.
Xatırladaq ki, iyul ayından başlanan
layihə ilin sonunadək davam
edəcək. Avqust ayında növbəti
konsert proqramı Bakı Şəhər
Mədəniyyət Baş İdarəsinin
Mərdəkan Mədəniyyət Sarayında keçiriləcək.
Mədəniyyət.- 2019.- 9
avqust.- S.2.