Diyarşünaslıq sərgisi açılıb

 

 

Lənkəran şəhər Mədəniyyət Mərkəzində daimi nümayiş olunacaq diyarşünaslıq sərgisi yaradılıb. Sərgiyə 42 klub filialı fəaliyyət göstərdikləri kəndlərə məxsus qədim məişət əşyalarını təqdim edib.

Sərgidə 300-ə yaxın eksponat yer alıb. Ən qədim eksponatın 250, ən yenisinin isə 70 yaşı var.

Mərkəzin direktoru Hafiz Mirzə sərginin açılışında eksponatların toplanmasında xüsusi fəallıq göstərmiş klub işçiləri haqqında məlumat verib.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli sərgini mədəni irsin qorunması sahəsində çox mühüm addım adlandırıb, onun gələcəkdə yeni eksponatlarla zənginləşdiriləcəyini diqqətə çatdırıb.

 

Mədəniyyət.- 2019.- 9 avqust.- S.5.