Poeziyamusiqinin qarşılıqlı əlaqəsi

 

 

 

Şeir dilimizin formalaşmasında musiqi müstəsna rol oynayıb. Şeirimizin ahəngdarlığı dilin şirinliyi musiqimizin ecazkarlığı ilə əlaqəlidir. Klassik şairlərimiz ölməz lirik əsərləri ilə sanki Azərbaycan sözlərinin, səslərinin musiqisini kəşf edib, poeziyamıza dünya şöhrəti qazandırıblar. Ədiblərimizin nəsr əsərlərinin özündə daxili bir ahəng parlaq şəkildə təzahür edir.

Qəzəli sevdirən həm musiqinin ecazkarlığıdır. Həm qəzəl, həm qoşma başqa növlər musiqi ilə əlaqədar olduğundan o zamanlar həmin janrlarda yazıb-yaratmaq xalqla, onun həyatı dili ilə yaxınlığa daha artıq imkan verirdi. Heç şübhəsiz, şeir dilimizin tarixən cilalanması inkişafında muğamatın aşıq musiqisinin rolu çox böyük olub.

Bu fikirlər mərhum professor, filologiya elmləri doktoru Arif Məmmədovun yenicə çapdan çıxmışAzərbaycan poeziyasının musiqi ilə qarşılıqlı əlaqəsi problemlərikitabında yer alıb.

Arif Məmmədov 1972-ci ildə bu mövzuda doktorluq dissertasiyası müdafiə edib. Vaxtilə bu tədqiqatı görkəmli alimlər Mir Cəlal Paşayev, Mehdi Məmmədov, Cəfər Cəfərov, Mirzağa Quluzadə, Bəkir Nəbiyev, Vasim Məmmədəliyev müsbət qiymətləndiriblər.

Əsərin birinci fəslində şeir musiqi sənətinin yaxınlığını geniş təhlil edən müəllif digər fəsillərdə Azərbaycan xalq şeiri musiqisinin qarşılıqlı əlaqəsini, aşıq sənətinin spesifik xüsusiyyətlərini araşdırıb, “Kitabi-Dədə Qorquddastanının musiqi ilə əlaqəsi məsələsinə aydınlıq gətirib.

Klassik ədəbi musiqi irsimizdən bəhs edən müəllif Şərqin böyük dahilərindən Məhsəti Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Seyid Əzim Şirvani digərlərinin ədəbi irsini araşdıraraq onların musiqi ilə bağlı fikirlərini diqqətə çatdırıb.

Kitabın “XX əsr Azərbaycan şeiri musiqimizadlı fəslində müəllifMirzə Ələkbər Sabir şeirinin musiqililiyi şairin musiqiyə münasibətimövzusuna xüsusi yer ayırıb.

Nəşrin elmi məsləhətçisi Bakı Dövlət Universitetinin Ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev, redaktoru həmin kafedranın professoru Nəsrulla Məmmədovdur. Onlar həmçinin kitaba ön söz yazıblar.

 

Mədəniyyət.- 2019.- 9 avqust.- S.7.