Səsi görən sənətkar

 

 

 

Əslində, onun haqqında əvvəllər də məlumatım var idi. Bir neçə il öncə kinoteatrda səs rejissurası ilə bağlı material işləyərkən sorğu iştirakçıları ixtisaslı mütəxəssis, yaxşı səs rejissoru kimi onun adını çəkmişdilər. Hətta “keşkə, arada bu sahə üzrə gənclərə ustad dərsləri keçə” kimi arzularını da ifadə etmişdilər. Axı niyə də yox? Çünki illərdir Rusiyada bu işin pedaqogikası ilə məşğul idi.

Onunla müsahibəyə də hazırlaşmışdım. 80 illiyi ilə bağlı haqqında çəkiləcək film üçün yenidən Bakıya gələcəkdi. Amma, təəssüf ki, ömür vəfa etmədi. İyulun 1-də onun ölümü ilə bağlı məlumatlar yayıldı: Sankt-Peterburq KinoTeleviziya Universitetinin professoru, “Lenfilm” kinostudiyasının səs rejissoru, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Ələkbər Həsənzadə vəfat edib...

Beləcə, daha bir görkəmli kino xadimini itirdik. Ondan geriyə qalan isə səs ömrü verdiyi filmlər ona həsr olunanMənim adım Ələkbərdiradlı sənədli ekran işidir. 2017-ci ildə çəkilən sonuncu ekran işi ilə bir kinosevər ömrünə səyahət edib, onun uşaqlıq illərindən gəncliyinə, Rusiya həyatına boylanmaq imkanı qazanırıq.

Maraqlı dolğun ömrünü bütünlükdə sənətə, kinoya həsr edən Ələkbər Həsənzadə aktyor ailəsində böyüyüb. Elə bu kino, teatr sevgisi yəqin ondan qaynaqlanırdı.

Atası, Əməkdar artist Əliheydər Həsənzadə bir müddət müəllim kimi fəaliyyət göstərsə , sonrakı taleyini bütünlükdə teatra bağlayıb. Həyat yoldaşı, aktrisa Rüxsarə Ağayeva ilə birlikdə milli teatr sənətimizə xidmət ediblər. Qazax Dövlət Teatrının yaradıcısı ilk illərdə direktoru olan Əliheydər müəllim Naxçıvan Dövlət Musiqili Dram Teatrında da uzun illər çalışıb.

Uşaqlıq illəri Naxçıvan Qazaxda keçən Ələkbər Həsənzadənin xatirələri   həzin kövrəkdir. Elə səhnə, sənət sevgisi kimi. İlk dəfə məhz Qazax teatrının səhnəsində tamaşaçı qarşısına çıxan səs rejissorunun maraqlı xatirəsi var biz filmə baxarkən bu faktı da öyrənmiş oluruq: “Hər tamaşadan sonra fürsət tapıb səhnəyə atılır tamaşaçılar həm məni görüb, alqışlasınlar deyə birnəfəsə bütün bildiyim şeirləri uca səslə deyirdim. Gözlərimi yumurdum ki, səhnənin yanlarındakı ata-anamın mənə elədikləri işarələri, hədələri görməyim. Təbii, gözəl bilirdim ki, pərdə bağlanan kimi onlar məni ya yüngülcə şillələyəcək, ya da xeyli danlayacaqdılar. Amma buna rəğmən tamaşaçılar qarşısına çıxmaq, alqış eşitmək o qədər maraqlı idi ki...”.

Bax elə bu sevgi, sənət yanğısı ilə bir kinematoqraf ömrü yaşadı...

Ələkbər Həsənzadə 8 noyabr 1939-cu ildə Bakı şəhərində anadan olub. Dövrünün bir çox oğlan uşaqları kimi, o da təyyarəçi olmaq arzusu ilə yaşayırdı. Elə ona görə orta məktəbdən bu istiqamətdə köklənir. Amma aldığı zədə aylarla xəstəxanada yatması onun peşə istiqamətini dəyişir. Teatr, kino marağı 1958-ci ildə onu Leninqraddakı (indiki Sankt-Peterburq) Kino Televiziya İnstitutuna aparır. Bununla da ömrünün kino dövrü başlayır.

1963-cü ildə institutu bitirən gənc Bakıya qayıdır, C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasında işə qəbul olunur. Rusiya kino sənəti məktəbini keçən, o dövr üçün yeni texnologiyaları mükəmməl mənimsəyən gənc kadr həm səs mühəndisi, həm səs rejissoru kimi 10 ilə yaxın burada fəaliyyət göstərir.

İnsan məskən salırfilmi (rejissor Arif Babayev) ilə kinoda ilk imzasını atan gənc səs rejissoru daha sonraSəmt küləyi”, “Ən vacib müsahibə başqa filmlərin səs rejissoru olur. Bu ümumilikdə çalışdığı digər filmlərdə, eləcə kinostudiyada istehsal olunan fərqli kinofilmlərin səs texnikasında ənənəvi üslublarla yanaşı yeni, daha effektiv alına biləcək səsləndirmə metodlarının tətbiqinə nail olur.

İstər rejissor, istərsə pedaqoq kimi əsas deviziSəsi görmək, hiss etmək, onun arxasınca getmək lazımdır  olan rejissor həm əsas, həm kənar səslərin filmin keyfiyyətində təsvirdən daha böyük rol oynaması qənaətində idi.

Yaradıcı heyətində olduğuNəsimi”, “Var olun, qızlar...”, “Ömrün səhifələri”, “Əlavə iz”, “Azadlıq məşəli”, “Cırtdan”, “Azərbaycanın florasıkimi bədii sənədli ekran işləri onun dəst-xəttini göstərmək üçün kifayət edər.

Həmkarlarının fikrincə, Ələkbər Həsənzadə özünün incə yozumu, fitri duyumu ilə sadə məqamları belə tamaşaçıya sirayət edəcək harmoniyada çatdırmağı bacarırdı.

Onun həssas duyumu təsvirə sinxron səsləndirmə funksionallığı, təbii ki, qısa zamanda peşəkarların da diqqətindən yayınmır. 1973-cü ildə Rusiya Kinematoqrafiya Komitəsindən dəvəti alır Lenfilm”lə çalışmağa bağlayır.

Studiyada ekranlaşdırılan 30-a yaxın filmdə (1975-2007) səs rejissoru kimi fəaliyyət göstərir. Həmin filmlərin bir neçəsi Rusiya beynəlxalq miqyaslı kinofestivalların mükafatlarını qazanır. 1998-ci ildə Rusiya Almaniyanın birgə istehsalı olan “Barak” filminə görə ən yaxşı səs rejissoru nominasiyasında Dövlət mükafatı, Rusiya Kinematoqrafiya Sənəti Akademiyasının təsis etdiyi  Nikamilli kino mükafatı, daha iki filminə görə isə Rusiya Kinematoqrafçılar İttifaqı Lenfilm”in mükafatlarına layiq görülür.

Rusiyada yüksək peşəkar kimi dəyərləndirilən Ələkbər Həsənzadənin pedaqoq kimi fəaliyyəti zəngindir. 2007-ci ildən Sankt-Peterburq Dövlət Kino Televiziya Universitetinin Səs rejissorluğu kafedrasının professoru olan həmyerlimiz bir sıra dərsliklərin, monoqrafiyaların müəllifidir. Onun audiovizual sənətlər, səs montajı, səslərdə rəngkarlıq kimi fərqli maraqlı istiqamətlərdəki dərslikləri bu gün nəinki çalışdığı universitetdə, incəsənət profilli digər ali təhsil ocaqlarında da tədris olunmaqdadır.

Onun çalışdığıİtaliyalıadlı son ekran işi Berlin kinofestivalında əsas mükafata layiq görülüb ki, bu da qocaman rejissorun təcrübə bacarığının dəyərləndirildiyini bir daha sübut edir.

Ələkbər Həsənzadə təcrübəli pedaqoq ömrü boyu sənətinə bağlı olmuş kino xadimi kimi bundan sonra artıq işıqlı xatirələrdə qalacaq. Elə özünün arzuladığı kimi...

 

HƏMİDƏ

 

Mədəniyyət.- 2019.- 9 avqust.- S.5.