Azadlıq layiqdir o adama ki...”

 

 

 

Alman ədəbiyyatı qədim zəngin ənənələrə malikdir. Bu xalqın görkəmli mütəfəkkir ədibləri müxtəlif vaxtlarda dünyanın ədəbi-mədəni fikir xəzinəsinə mühüm töhfələr veriblər.

XVIII əsrdə alman ədəbiyyatı maarifçilik ideyalarının təsiri ilə inkişaf edirdi. XVIII yüzilliyin ikinci yarısında XIX əsrin əvvəllərində ədəbi prosesdə diqqətləri özünə daha çox cəlb edən ədiblərdən biri dünya şöhrətli şair-dramaturq, yazıçı, mütəfəkkir Yohann Volfqanq Höte idi. Bu il dahi ədibin anadan olmasının 270 illiyidir.

Höte 1749-cu il avqustun 28-də qədim alman ticarət şəhəri olan Frankfurt-Maynda dünyaya gəlib. Atası imperiya məsləhətçisi, keçmiş vəkil, anası şəhər zadəganının qızı olub. Yohann ailədə yaxşı təhsil alıb, 1765-ci ildən Leypsiq Universitetində təhsilini davam etdirib. 1770-ci ildə Fransanın Strasburq şəhərində dissertasiya müdafiə edərək hüquq elmləri üzrə doktor dərəcəsi alıb.

Onun həyat fəaliyyətinin Veymar dövrü ayrıca mərhələ təşkil edir. 1775-ci ildə Saksoniya-Veymar hersoqu Karl Avqustun çağırışı ilə o, Veymara köçür, sarayda yüksək mənsəb sahibi (nazir xüsusi şuranın üzvü) olur. Amma 1786-cı ildə Veymar sarayından qaçıb İtaliyaya gedir. Bunu o həm həyatı, həm ədəbi-bədii fəaliyyəti sahəsində özününhicri” (böyük dönüşə səbəb olan köç) adlandırır. Höte ərəb dilində işlətdiyi bu kəlməni həyatının yeni səhifələri ilə bağlı olan bir söz kimi çox sevərdi. O həm qoca Şərqə aşiq olmuşdu. Şairlər şahıadlandırdığı Nizami, Firdovsi, Ənvəri, Rumi, Hafiz, Cami, Sədi yaradıcılığı ilə dərindən maraqlanmış, onların dünyagörüşlərinin dərinliklərinə vaqif olmağa çalışmışdı.

22 mart 1832-ci ildə dünyasını dəyişən Höte ömrünün sonunadək arayıb-axtarıb, yazıb-yaradıb. Dünyada ən çox öyrənilən 100 tarixi şəxsiyyət”in kataloqunu tərtib etmiş ABŞ-ın Konqres Kitabxanasının araşdırma nəticələrinə əsasən Höte ikinci sırada (Lev Tolstoydan sonra) qərarlaşıb. Kataloq hazırlanarkən həmin şəxslər haqqında yazılan nüfuzlu monoqrafiyalar əsas götürülüb.

 

AvropadaVerter effekti

 

Höte dünya ədəbiyyatına yön verən, əsərləri ilə bəşəriyyətin yaddaşında iz açmış böyük qələm sahiblərindən, ölməz fikir adamlarından biridir. Onun bir çox əsərləri Avropa romantizminin zirvəsini təşkil edir. Müəllifin “Faust” mənzum faciəsi dünya ədəbiyyatının ən gözəl ədəbi nümunələrindən sayılır.Vilhelm Meysterin təhsil illəri”, “Gənc Verterin iztirablarıromanı, “Seçmə oxşarlıq”, “İfigeniya”, “Torkvato Tasso” dramları digər əsərləri Hötenin zəngin yaradıcılıq nümunələridir.

Gənc Verterin iztirabları” (1774) Almaniyada romantizm ədəbi cərəyanının erkən mərhələsində qələmə alınıb yazıçıya böyük şöhrət qazandırıb. Hətta tədqiqatçılar bu romanı romantik hərəkata təkan verənqığılcımkimi səciyyələndirirlər.

Məktublar formasında (epistolyar janr) qələmə alınan romanda alman reallığı fonunda intihar edən qəhrəmanın faciəli həyatı təsvir edilir. Əsər müəyyən dərəcədə avtobioqrafik xarakter daşıyır. Müəllif özünün Şarlotta Buffa olan platonik məhəbbətini təsvir edib. Höte onunla 1772-ci ildə Vetslar məhkəməsində praktika keçdiyi zaman tanış olmuşdu. Əsərin faciəli sonu, Verterin intiharı ilə bitməsi Hötenin dostu, evli qadına aşiq olub məhəbbətindən əziyyət çəkən Karl Vilhelm Yerusalemin intiharı ilə əlaqədardır. Lottenin ədəbi obrazı Hötenin o dövrdə başqa dostu Maksimilane fon Laroşa məxsusdur.

Romanın birinci nəşri 1774-cü ilin payızında Leypsiq kitab sərgisində ictimaiyyətə təqdim edilib. Kitabın ikinci nəşri 1787-ci ildə işıq üzü görür. Buna qədər heç bir əsəri Höteyə bu qədər oxucu qazandırmamışdı. Romanın yayılması Avropada intihar hallarının sayının kəskin artmasına gətirib çıxardığı üçün sonralarVerter effektianlayışı yaranır. Bu effekt o qədər güclü idi ki, bir çox ölkələrdə romanın nəşri qadağan edilmişdi.

 

Yaşamaq istərsən...

 

Hötenin, demək olar ki, bütün yaradıcılığı boyu üzərində işlədiyi, onun ədəbi irsinin şah əsəri hesab olunan “Faust” faciəsi dünya ədəbiyyatının dəyərli nümunələrindəndir. “Faust” mütəfəkkir ədəbin həyatını, düşüncəsini bütün şəxsiyyətini ortaya qoyaraq meydana gətirdiyi əsərdir. Müəllif bu əsəri 1772-ci ildə, 23 yaşında yazmağa başlayıb, 1831-ci ildə, ölümündən bir il əvvəl tamamlayıb.

Əsərdə xoşbəxtliyi tapmaq üçün çalışan baş qəhrəmanın başına gələnlər yaşadıqlarından söhbət açılır. Şeytanla ortaqlıq edən Faust axtardığı ehtiras sevgini tapmaq üçün müxtəlif yollara əl atır. Höte bu əsərdə bəşəri insan xarakterini davranışını olduqca geniş bir şəkildə təsvir edir. Əsər xoşbəxtliyi axtarmaq üçün insanın nələr edə biləcəyini təsəvvürümüzə gətirməyimizdə bizə köməkçi olur.

İnsan münasibətlərinin, elmin, ümumbəşərifənnolan fəlsəfənin bütün sirlərinə yiyələnmiş Faustun qarşısında durası yeni bir maneə, konkret desək, heç yoxdur. Onun üçün hərbugünküdünənki, hərsabahkıbugünküdür. Bir bu qalır ki, rastlaşdığı, yaxud çalışıb əldə etdiyi hər yeni məlumatı xırdalığınadək, qarşılaşdığı insanlarıgözünün içinədəköyrənsin.

Böyük rus şairi A.S.Puşkin “Faust” əsəri haqqında deyib: “İliadaqədim incəsənətin nümunəsi olduğu kimi, “Faust” da yeni dövr ədəbiyyatının nümunəsidir. “Faust” həm dərin milli, həm bəşəri hissləri ifadə edən bir əsərdir. Şair burada mövcud alman gerçəkliyinə qarşı, fikir azadlığı uğrunda mübarizə edən qəhrəmanının zəngin daxili aləmini açıb göstərmişdir.Gənc Verterin iztirablarıisə bu humanist ədibi, hələ dünyanın üzünənabələd oxucuya, əsl “sadist” kimi təqdim edir”.

Əsərin leytmotivi, Hötenin əsas qayəsi aşağıdakı misralarda diqqətə çatdırılır. Müəllif baş qəhrəmanın dilindən vətənini, geniş mənada bəşəriyyəti necə görmək arzusunu belə ifadə edir:

...Mən bütün ömrümü verdim bu işə,

Yaşamaq istərsən, vuruş həmişə!

Azadlıq layiqdir o adama ki,

Atılır bu yolda hər an döyüşə!

Olmuşam həmişə mən bu niyyətdə:

Gərək yer üzündə bütün gənc, qoca

Yorulmaq bilməyə həyat boyunca,

Ömrü başa vura fəaliyyətdə!...

Mən qaynar həyatlı azad ölkəmi

Yalnız belə görmək istərdim, inan...

“Faust” faciəsi dilimizə tanınmış şair Əhməd Cəmil tərəfindən uğurla tərcümə edilib. Şairin BakıdaŞərq-Qərbnəşriyyatında 2010-cu ildəDünya ədəbiyyatı klassiklərisilsiləsindən buraxılmış irihəcmli bircildliyinəFaust”dan əlavə, Çərkəz Qurbanlının tərcüməsindəGənc Verterin iztirablarıromanı müəllifin şeirləri salınıb. Şeirləri dilimizə Ələmdar İsa Həmid Arzulu çevirib.

Qeyd edək ki, məşhur fransız bəstəkarı Şarl Fransua Quno 1859-cu ildə “Faust” əsəri əsasında 4 pərdəli opera yazıb.

 

Şərqə vurğunluq

 

Höte Şərq dünyasına marağı rəğbəti ilə seçilən Qərb mütəfəkkiridir.İnsana məhəbbət hissi Nizaminin əsərlərində dahiyanə ifadə olunmuşdurqənaətinə gələn ədib fars şairi Hafiz ŞirazininDivan”ının təsiri iləQərb-Şərq Divanıadlı silsilə şeirlərini qələmə alır. 65 yaşlı Höte bu əsər üzərində işləyərkən tanınmış şərqşünas professorların köməyi ilə ərəb dilini öyrənib. O, bu silsilədə həmçinin Avropa üçün sirli romantik bir aləm olan Osmanlı dövlətinin mədəni  sərvətlərinə xüsusi bir sevgi ilə yanaşıb Höte, eyni zamanda, Hafiz lirikasından da Mariannenin gözəlliyindən odlandığı kimi duyğulanmışdı. Höteyə qədər Şərqlə Qərbin dialoqu çox mərhələlərdən keçib. Özəlliklə Osmanlı həyat tərzindən gələn mövzular türk ruhu Avropada uzun müddət bütün böyük sənət adamlarının rəsm, musiqi, səhnə əsərlərinə, ədəbi əsərlərə hakim olub.

Yohann Volfqanq Höte bəşəriyyəti düşündürən, insanları təhlükələrdən çəkindirən qiymətli əsərləri ilə bütün zamanlarda oxunacaq, seviləcək. 

 

Aynurə ƏLİYEVA

 

Mədəniyyət.- 2019.- 9 avqust.- S.1;6.