Havalansın Xanın səsi...

 

 

Görkəmli xanəndə Xan Şuşinskinin anadan olmasından 118 il ötdü

 

Nəsiminin 650 illiyinin qeyd edilməsi Azərbaycan sənətşünaslığında yeni elmi tədqiqat işlərinin aparılmasına təkan verib. Şair haqqında filmlərin çəkilməsi, səhnə əsərlərinin hazırlanması, onun obrazının rəssamlıqda, heykəltəraşlıqda, xalçaçılıqda yaradılması sənətşünaslığı yeni tədqiqat obyekti və materialları ilə zənginləşdirir.

Hətta elə mühüm materiallar var ki, yaradıldığı vaxtdan illər ötməsinə baxmayaraq, indiyədək layiqincə tədqiqat obyektinə çevrilməyib. Belə az öyrənilmiş sahələrdən biri Nəsimi yaradıcılığının kitab qrafikası sənətindəki təzahürüdür.

Nəsimi poeziyasının kitab qrafikasında təcəssümü, onun kitablarının bədii tərtibatı Nizami, Füzuli, Vaqifbaşqa lirik şairlərin əsərlərinin nəşrinin tərtibatı ilə oxşar cizgilərə malikdir.

İsfəndiyar 12-13 yaşından başlayaraq saatlarla Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Əbülhəsən xanın vallarını dinləyib, onların ifasının ən incə məqamlarını belə olduğu kimi təqlid etməyə çalışsa da, birdən-birə, özü də Əbülhəsən xanın ifasından sonra oxumağa tərəddüd edir, lakin ustadının sözünü yerə salmır. İsfəndiyar “Kürdü-Şahnaz”ı elə oxuyur ki, məclis əhli yerbəyerdən Əbülhəsən xanın adının birinci hissəsini ixtisara salıb, heyrətlə “Əsl xan elə bu imiş ki!” - deyir. Vəcdə gələn İslam Abdullayev isə “Bu gündən sənin adın oldu Xan Şuşinski”, – deyərək ona ustad xeyir-duasını verir.

Xan Şuşinski 1920-ci illərdə Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. O, muğamların mahir bilicisi və ifaçısı idi. Repertuarında “Mahur-hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onları yeni çalarlarla zənginləşdirib.

Görkəmli xanəndənin bir sıra bəstələri də olub. Çox zaman xalq mahnıları kimi təqdim olunan “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək” kimi mahnıların müəllifi Xan Şuşinskidir. “Şuşanın dağları” mahnısının musiqisi ilə yanaşı, sözləri də onundur.

Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir bəy xanəndənin ifasında mahnıları, xüsusilə “Qaragözü dinləməkdən zövq alırmış.

Görkəmli xanəndə 1979-cu il martın 18-də vəfat edib.

Qərinələr, əsrlər ötəcək, Xan əminin sənətinə olan sevgi heç vaxt azalmayacaq. Çünki bu sevginin mayasında, ruhunda Azərbaycanın heç vaxt təravətini itirməyən muğamları dayanır.

 

Mədəniyyət.- 2019.- 23 avqust.- S.4.