Özbək müğənni Maqomayevin ruhuna ehtiram olaraq növbəti veloyürüş edib
Özbəkistanın opera müğənnisi, “Reqistan” ansamblının rəhbəri Xursand Şerov dünya şöhrətli müğənni Müslüm Maqomayevin anadan olmasının 77-ci ildönümü münasibətilə Ukraynanın Odessa şəhərinə veloyürüş edib.
X.Şerov bildirib ki, özünə kumir saydığı M.Maqomayevi dünyada tanıtmaq üçün bu dəfə Özbəkistan, Türkmənistan, Qazaxıstan, Rusiya və Belarusu keçməklə Ukraynaya gəlib. Veloyürüşün ümumi məsafəsi isə 8000 kilometr olub.
X.Şerov Odessada Azərbaycan diaspor nümayəndələri ilə görüşüb. Görüşdə Özbəkistan və Azərbaycan diaspor təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub.
Özbək müğənni Kiyevə
qayıdaraq avqustun 24-də Ukraynanın
Müstəqillik günündə etnik
xalqların beynəlxalq festivalında Müslüm
Maqomayevin repertuarından mahnılar ifa edəcək.
Mədəniyyət.- 2019.- 23
avqust.- S.5.