Şair Oqtay Rza
vəfat edib
Tanınmış şair, tərcüməçi,
Əməkdar müəllim
Oqtay Rza avqustun 18-də, 85 yaşında
vəfat edib.
Oqtay Rza (Oqtay Məhərrəm
oğlu Rzalı)
1934-cü il noyabrın 2-də Salyan rayonunun Qalalı kəndində anadan olub. 1956-cı ildə
Azərbaycan Sənaye
İnstitutunu (geoloq ixtisası) bitirib. Əmək fəaliyyətinə Bayıldakı
Neft və qazçıxarma idarəsinin
5 saylı mədənində
başlayıb, operator, baş
operator, neftçıxarma ustası
olub. Elmi tədqiqat işi
müdafiə edərək
geologiya-mineralogiya elmləri
namizədi alimlik dərəcəsi alıb.
N.Tusi adına
ADPİ-nin Ümumi coğrafiya kafedrasında müəllim, baş müəllim, 1971-ci ildən
dosent işləyib.
“Bir may” adlı
ilk şeiri orta məktəbdə oxuyarkən
rayon qəzetində dərc
olunub. Həmin vaxtdan yaradıcılıqla
müntəzəm məşğul
olub, bədii tərcümələr edib.
Dünya
xalqlarının ədəbiyyatından
tərcümələri dövri
mətbuatda mütəmadi
çap olunub. Oqtay Rza “Yasəmən
çiçəkləyəndə”, “Daş çırağın
işığında”, “Fəsil
dəyişəndə”, “Günəşin
adından” və başqa kitabların müəllifidir. “Kamennıy svetilnik” (“Daş çıraq”) şeirlər toplusu 1987-ci
ildə Moskvada çap olunub.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2019.- 23
avqust.- S.6.