Tanınmış şairin
oxucularla növbəti görüşü
Ötən əsrin altmışıncı illərinin sonlarına yaxın dövri mətbuatda şeirləri ilə imzasını tanıdıb, 1980-ci ildə “Səni soraqlaram” adlı ilk kitabı ilə geniş oxucu kütləsi qarşısına çıxan şair-publisist İsmayıl İmanzadənin bu günlərdə ikicildlik “Seçilmiş əsərləri”nin birinci cildi çapdan çıxıb.
Doğma ata yurdu Cəbrayıl rayonu, dünyaya göz açdığı Böyük Mərcanlı kəndi işğal olunandan sonra Mingəçevir şəhərində məskunlaşan İsmayıl İmanzadə Yazıçılar Birliyinin iyirmi ildən bəri fəaliyyət göstərən Mingəçevir bölməsinə rəhbərlik edir.
“Mütərcim” nəşriyyatında
işıq üzü görən, filologiya elmləri doktoru
Rüstəm Kamalın “Evini axtaran səsin sözü”
başlıqlı ön sözü
ilə təqdim edilən kitabda Vətən
sevgisi, Qarabağ
yanğısı, əzəli-əbədi məhəbbət
motivləri, günümüzün ağrı-acıları və ana təbiətin gözəllikləri ilə
yoğrulmuş şeir
və poemaları şairin iç dünyasının aynası hesab etmək olar.
Mədəniyyət.- 2019.- 23
avqust.- S.6.