“Sehrli Bakı” layihəsində
konsertlər
Hər həftəsonu Fəvvarələr
meydanında
Bakı
Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı
ilə “Sehrli Bakı” layihəsi çərçivəsində
hər həftəsonu konsertlər keçirilir.
Fəvvarələr meydanında təşkil olunan ilk konsertdə “Azəri atəşi” rəqs ansamblının “Azərbaycan” rəqsi, “Stop” qrupunun “Aşiqəm”, “Yanağı qəmzəli” mahnıları tamaşaçıların zövqünü oxşayıb.
Fəvvarələr meydanında növbəti konsertdə tamaşaçılar Ceyhun Bakinskinin və digər müğənnilərin ifalarında gözəl nəğmələri, beynəlxalq festivallarda ölkəmizi uğurla təmsil edən “Səma” və “Turacı” rəqs qruplarının ifasında rəngarəng rəqs nömrələrini böyük maraqla izləyiblər.
Şəhər sakinlərinin və
qonaqların istirahətini mənalı təşkil etmək,
onların musiqi zövqünü
peşəkar musiqi ilə zənginləşdirmək
məqsədi daşıyan “Sehrli
Bakı” layihəsi çərçivəsində konsertlər
hər həftəsonu sentyabrın 30-dək davam
edəcək.
Mədəniyyət.- 2019.- 23
avqust.- S.5.