Mədəniyyət evində açıq dərs

 

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evində açıq dərs keçirilib.

Baş idarədən bildirilib ki, açıq dərsdə Mədəniyyət evinin mədəni-kütləvi tədbirlər üzrə təşkilatçısı Zəminə Bayramova iştirak edərək uşaqların xalq mahnıları, rəqslər, dəramədlər, təsniflər, bəstəkar mahnıları və digər ifasını dinləyərək qiymətləndirib.

Kursun rəhbəri Muxtar Quliyev uşaqların bilik və bacarıqlara yiyələnmə üsullarından bəhs edib.

 

Mədəniyyət.- 2019.- 23 avqust.- S.3.