Hindistanın folklor rəqsləri gecəsi

 

 

Beynəlxalq Muğam Mərkəzində mütəmadi olaraq müxtəlif ölkələrin musiqiçilərinin konsert proqramları təşkil edilir. Ötən müddətdə “Etnomusiqi inciləri” layihəsi çərçivəsində Yunanıstan, İtaliya, Avstriya, İsrailbaşqa ölkələrin musiqiçiləri Azərbaycanın muğam ifaçıları ilə birlikdə səhnəyə çıxıblar.

Avqustun 16-da isə Beynəlxalq Muğam Mərkəzində Hindistanın Müstəqillik günü münasibətilə bu ölkənin rəqslərindən ibarət musiqili gecə təşkil edilib.

Bihu Hindistan folklor rəqs” qrupunun iştirakı ilə keçirilən tədbir Hindistanın Azərbaycandakı səfirliyi və Hindistan-Azərbaycan Assosiasiyası tərəfindən həyata keçirilib.

Tədbirdə bildirilib ki, Hindistanın hər bir ştatının müxtəlif mədəniyyəti var və təqdim olunan rəqslər bu ölkənin Assam vilayətinə məxsusdur. Həmin vilayətdə keçirilən “Bihu” festivalını kənd təsərrüfatında çalışan insanlar məhsul yığımından sonra milli yeməklərlə qeyd edirlər.

Sonra bədii hissə başlayıb. Zərb alətləri, şeypur və fleytanın müşayiəti ilə rəngarəng musiqi nömrələri ifa olunub.

 

Mədəniyyət.- 2019.- 23 avqust.- S.8.