Mənəviyyata həsr olunmuş ömür

 

 

Avqustun 22-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi münasibətilə “Mənəviyyata həsr olunmuş ömür” adlı konfrans keçirilib.

Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə gerçəkləşib. Komitənin sədri Mübariz Qurbanlı çıxış edərək Şeyxülislam Allahşükür Paşazadənin həyat və fəaliyyətindən danışıb.

Sonra “REAL” televiziyasının hazırladığı sənədli film nümayiş olunub.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Allahşükür Paşazadəni nüfuzlu ictimai xadim kimi səciyyələndirib. Qeyd edib ki, Azərbaycan müstəqillik əldə etməzdən əvvəl şeyxülislamlıq müəyyən çərçivəyə alınmışdı, dövlət müstəqilliyinin bərpasından sonra isə tamamilə yeni müstəviyə qədəm qoydu. Bu, ilk növbədə, Allahşükür Paşazadənin adı ilə bağlıdır. Azərbaycan müstəqilliyinin ilk illərindən böyük dövlətlərin marağında idi. A.Paşazadə həmin illərdə məsuliyyəti öz üzərinə götürdü və mənəvi birliyin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadı. O, Azərbaycanda milli-mənəvi birlik modelini yaradıb.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin ölkəmizdəki dini konfessiyalar arasında münasibətlərin yüksək səviyyədə qorunub saxlanılmasında rolunu vurğulayan Prezidentin köməkçisi qeyd edib ki, sadə insanlar bu nümunəni görüb digər dinlərin nümayəndələrinə hörmət və ehtiramla yanaşırlar. İslam dini müdrik dindir. Onun xurafatdan uzaqlaşdırılıb düzgün təqdim edilməsi də Şeyxülislam Allahşükür Paşazadənin xidmətidir. O, çətin zamanda xalqın qarşısına çıxaraq prinsipial mövqe ortaya qoyub. 1993-cü ildə o, ölkə əhalisini ulu öndər Heydər Əliyevin ətrafında birləşməyə çağırdı. Bu da onun vətəndaşlıq missiyasının göstəricisidir. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev çıxışlarında A.Paşazadənin xidmətlərini dəfələrlə qeyd ediblər.

Vurğulanıb ki, bu gün bütün dünyada böyük hörmətə malik olan A.Paşazadə Azərbaycandakı tolerant mühiti beynəlxalq aləmdə tanıdır. Şeyxülislam, eyni zamanda, sülh missiyası həyata keçirən diplomatdır və İslam dövlətləri arasında münasibətlərin möhkəmləndirilməsində də böyük rol oynayıb, müsəlman ölkələrinə təcavüzlərə qarşı daim etirazını bildirib.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov qeyd edib ki, Allahşükür Paşazadənin 40 illik şeyxülislamlıq fəaliyyəti dövründə xalqımız, dövlətimiz qarşısında böyük xidmətləri var. O, hələ 30 yaşında olarkən bu vəzifəyə seçilmişdisübut edib ki, ağsaqqallıq yaşla bağlı deyil.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında A.Paşazadənin Azərbaycan tarixində ən gənc Şeyxülislam olduğunu vurğulayıb. Qeyd edib ki, o, hələ gənc yaşlarında milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına töhfələr verib. Bu gün isə Azərbaycanın tolerantlıq modelinin dünyaya tanıdılmasında əvəzsiz rol oynayır.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov A.Paşazadənin təkcə ictimai xadim deyil, eyni zamanda, siyasi xadimdiplomat olduğunu bildirərək deyib: “Xalqımızın çətin günlərində Azərbaycanda iki nəfər xalqın qarşısına çıxdı, Qorbaçovu ittiham etdiulu öndər Heydər Əliyev və Şeyxülislam Allahşükür Paşazadə. Ölkəmizdə dini münasibətləri çox düzgün tənzimləyən Şeyxülislam dünyada böyük hörmətə malikdir. Bütün cərəyanların nümayəndələri vəhdət namazlarında iştirak edirlər.

Bu isə ölkəmizdəki müxtəlif dini cərəyanlara mənsub insanların vahid mərkəzdə birləşdiyini göstərir.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizmdini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov çıxışında bildirib ki, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi multikulturalizm siyasətinin əsasını dinlərarası münasibətlərin qarşılıqlı hörmət əsasında qurulması təşkil edir. Bu siyasətin reallaşmasına QMİ sədri də öz töhfəsini verir. O, bütün dünyada böyük nüfuz sahibidir. Ulu öndər onun xidmətlərindən danışarkən demişdi: “Əgər Allahşükür Paşazadə bütün Qafqazın Şeyxidirsə, biz bununla fəxr etməliyik”.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanda vətəndaş həmrəyliyinin möhkəmləndirilməsində Allahşükür Paşazadənin rolunu diqqətə çatdırıb.

Konfransda iştirak edən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymin Şeyxülislam Allahşükür Paşazadəni təkcə Azərbaycan üçün deyil, bütün İslam dünyası üçün əvəzolunmaz, dahi şəxsiyyət kimi dəyərləndirib. Qeyd edib ki, İslam dünyasının ona böyük ehtiyacı var.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin baş katibi Asəf Hacıyev çıxışlarında Şeyxülislam Allahşükür Paşazadənin Qafqazda dini həmrəyliyin bərqərar olunmasında rolundan bəhs ediblər.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix YevdayevQafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev çıxışlarında ölkəmizdə dinə münasibətdən, multikulturaltolerant mühitdən məmnunluqlarını ifadə ediblər. Bildirilib ki, ulu öndər Heydər Əliyev tolerantlığı xalqın yüksək mədəniyyətinin təzahürü kimi səciyyələndirirdi. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir və zənginləşdirilir.

Sonda Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bütün xoş sözlərə görə təşəkkürünü bildirib. O, Azərbaycanda İslam dininin sovet dövründəki çətin vəziyyətindən danışaraq bildirib ki, xalqımız gizliolsa öz imanını yaşadıb. Ulu öndər Heydər Əliyev hələ o dövrdə İslamın inkişafı üçün işlər görür, bu sahədə mütəxəssislərin yetişdirilməsi istiqamətində fəaliyyət göstərirdi. “Ulu öndər çox imanlı şəxsiyyət idi. O, Azərbaycanın tolerant ölkə kimi tanınmasının əsasını qoyub. Hazırda isə bu işi Prezident İlham Əliyev uğurla davam etdirir”, - deyə A.Paşazadə qeyd edib.

 

Mədəniyyət.- 2019.- 23 avqust.- S.1;3.