Soydaşlarımızın qurduğu nəşriyyat Fransanın kitabxana şəbəkəsində
Strasburq şəhərində fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evi Fransanın Milli və Universitet Kitabxanası (BNU) şəbəkəsində rəsmi qeydiyyatdan keçib.
Nəşriyyatın rəhbəri Nicat Kazımov bu barədə məlumat verib. O bildirib ki, nəşriyyat evinin bu günə qədər işıq üzü görmüş bütün kitabları BNU-da artıq mövcuddur.
Strasburq Milli və Universitet Kitabxanasında Azərbaycan bölməsi də fəaliyyət göstərir. “Kəpəz”in nəşrləri bu bölmədə yerləşdirilib. Gələcəkdə oxucular nəşriyyat evinin bütün kitabları ilə tanış ola biləcəklər.
BNU şəbəkəsində Nəriman Nərimanovun
“Bahadır və Sona”, Hüseyn
Abbaszadənin “Haradansınız Müsyö
Abel?”, “Azərbaycan ədəbiyyatı
antologiyası - XIX əsrdən günümüzə qədər”,
Əhməd bəy Ağayevin “Müsəlman
dünyasında reformlar”, Çingiz
Abdullayevin “Şübhəsiz metamorfoza”, Timuçin
Hacıbəylinin “Mühacirlərin həyatı”
kitablarını əldə etmək olar.
Mədəniyyət.- 2019.- 28
avqust.- S.2.