“Sehrli
Bakı” layihəsi davam edir
Bakı Şəhər Mədəniyyət
Baş İdarəsinin
təşkilatçılığı ilə gerçəkləşən
“Sehrli Bakı” layihəsi çərçivəsində
Fəvvarələr meydanında
ötən həftəsonu
iki gün ərzində növbəti
konsertlər təşkil
edilib.
Konsertlərdə rəqqasə Səbinə
İsmayılova “Ərəb”,
“Qaraçı” rəqsləri
ilə tamaşaçıların
zövqünü oxşayıb.
Ayaz Babayev, Aygül Bayramova, Tural Məmmədov, Gülnar Dadaşova, Xəyal Hüseyn və başqa müğənnilərin,
“Stop” qrupunun ifa etdiyi mahnılar alqışlarla qarşılanıb.
Tamaşaçıların həftəsonu
istirahətini mənalı təşkil etmək, onların musiqi zövqünü
peşəkar musiqi ilə zənginləşdirmək
məqsədi daşıyan “Sehrli
Bakı” layihəsi çərçivəsində konsertlər
hər həftəsonu sentyabrın 30-dək davam
edəcək.
Mədəniyyət.- 2019.- 28
avqust.- S.5.