Sabirabadda mədəniyyət işçilərinin növbəti seminarı

 

 

 

Avqustun 26-da Sabirabad rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinin növbəti seminarı keçirilib.

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov çıxış edərək ay ərzində görülmüş işlərdən, qarşıda duran vəzifələrdən söz açıb. Mədəniyyət mərkəzinin direktoru Mirtale Ağazadə mədəni-kütləvi tədbirlərin keçirilməsi barədə danışıb.

Mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətləri və anadan olmalarının 65 illik yubileyləri münasibətilə A.İsgəndərov adına Xalq teatrının rejissoru Seyidməmməd Əliyev, Qəzli kənd Mədəniyyət evinin direktoru Mustafa Mustafayev və Həşimxanlı kənd Mədəniyyət evinin direktoru Beytulla Babayev Sabirabad Regional Mədəniyyət İdarəsinin, rayon Mədəniyyət Mərkəzinin fəxri fərmanları ilə təltif olunublar.

 

Mədəniyyət.- 2019.- 28 avqust.- S.4.