Şairələrimizin əsərləri fin dilində nəşr edilib
Azərbaycanlı şairələrin əsərlərinin antologiyası Finlandiyanın “Palladium kiryat” nəşriyyatında çap olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, kitab XII əsrdən müasir dövrümüzə qədər olan müddəti əhatə edir. Buraya klassiklərimiz Məhsəti Gəncəvi, Xurşudbanu Natəvan, Ağabəyim Ağadan tutmuş sovet dönəminin şairələri Nigar Rəfibəyli, Mirvarid Dilbazi və digərlərinin əsərləri daxildir. Müasir Azərbaycan lirikasını filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva təmsil edib. Məcmuəni Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirləri tamamlayıb. Onun “Gedim, azca ağlayım” şeirindən olan sətir kitabın başlığı üçün seçilib.
Antologiyanın payızda Bakı və Helsinkidə təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki,
layihəni soydaşımız Tahirə Cəfərova həyata
keçirib. O, ilk dəfə
deyil ki, fin xalqını ədəbiyyatımızla
tanış edir. 2016-cı ildə onun tərcüməsi əsasında Azərbaycan
poeziyasının “Mən balıq qulağında gizli mirvariyəm” antologiyası nəşr olunub.
Mədəniyyət.- 2019.- 28
avqust.- S.7.