Musa Nağıyevə həsr olunmuş filmin təqdimatı
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında məşhur milyonçu, xeyriyyəçi Ağa Musa Nağıyevin vəfatının 100-cü ildönümünə həsr olunmuş “Nurlu əməllərin işığında” sənədli filminin təqdimatı keçirilib.
Ekran əsərinin layihə rəhbəri milyonçunun nəvəsi Dilarə Nağıyeva-Muxtarova, ssenari müəllifi və rejissoru Etibar Məmmədovdur.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdiri Gülbala Qurbanov, rayon Ziyalılar Cəmiyyətinin sədri, professor Təvəkkül Səlimov, Mərdəkan Mədəniyyət Sarayının direktoru Əliağa Mirzəyev və başqaları milyonçu-mesenatın fəaliyyəti haqqında danışıblar. Bildirilib ki, A.M.Nağıyev Bakının memarlığına gözəllik bəxş edən və qeyri-adi üslubu ilə seçilən 100-dək bina miras qoyub. Sübut edib ki, məhz tikililər silinməz varidatdır, qədim və müasir tariximizin arasında bir körpüdür.
Daha sonra sənədli film nümayiş
olunub.
Sonda layihə rəhbəri
tədbirin iştirakçılarına və təşkilatçılarına
təşəkkürünü bildirərək Musa Nağıyevin Azərbaycan xalqı
qarşısında misilsiz xidmətlərindən
danışıb.
Mədəniyyət.- 2019.- 28
avqust.- S.7.