TÜRKSOY-un Gənclər Kamera Orkestrinin Orta Asiya Azərbaycan turu

 

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Gənclər Kamera Orkestrinin Orta Asiya turnesi Qazaxıstanın Türküstan şəhərində konsertlə başlayıb.

Türk dünyasının müxtəlif ölkələrindən gənc sənətçilərin bir araya gəlməsi ilə yaradılan orkestrin konserti sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov çıxış edərək gənc istedadların bu konsertlər vasitəsilə türk bəstəkarlarını dünyaya tanıtdıqlarını bildirib. O, orkestrin turnesinin Türk Şurasının yaradılmasının 10 illiyinə həsr olunduğunu söyləyib.

On ölkəni təmsil edən gənc sənətçilərdən ibarət orkestrə Tatarıstandan Renat Salavatov, Qazaxıstandan Ənvər Əkbərov Azərbaycandan Mustafa Mehmandarov rəhbərlik edirlər.

Orkestrin turnesi sentyabrın 2-dək Qazaxıstanın Şımkent, Taraz Almatı şəhərlərində konsertlərlə davam edəcək.

Sentyabrın 4-də Qırğızıstanda, 9-da isə Azərbaycanda konsertlər keçiriləcək.

Qeyd edək ki, 2010-cu ildə yaradılan orkestr dünyanın müxtəlif şəhərlərində 60-a yaxın konsert verib.

 

Mədəniyyət.- 2019.- 28 avqust.- S.1-2.