“YARAT” Akademiyası payız sessiyasına start verir

 

 

 

“YARAT” Müasir İncəsənət Məkanı “YARAT” Akademiyasının növbəti payız sessiyasını elan edir.

Layihə 3 ayı əhatə edəcək. MövzusuQeyri-ənənəvi tarixolan sessiyada iştirakçılar çoxşaxəli tədqiqat metodları tematik araşdırma metodu ilə tanış olacaq, tanınmış beynəlxalq yerli rəssamlar, tədqiqatçılar professorlarla görüşəcək, habelə panel müzakirə seminarlarda iştirak edəcək kursun sonunda verilmiş tapşırığı yerinə yetirməklə əldə edilmiş bacarıqları praktiki sahədə tətbiq edəcəklər.

“YARAT” Akademiyasının bütün xarici mütəxəssis mühazirələri Azərbaycan dilinə sinxron ya ardıcıl tərcümə olunur.

Sentyabrın 5-də musiqiçi, bəstəkar prodüser Diana HacıyevanınŞəffaf: dərin rəng kimiadlı performansı təqdim olunacaq.

Performans “YARAT” Müasir İncəsənət Mərkəzində rəssam Zadi ÇanınMaqohalmi övladı yaradılış sədasıadlı fərdi sərgisi çərçivəsində reallaşacaq.

Yarı improvizə edilmiş musiqili çıxışda akustik baraban, iri elektron baraban, immersiv gitara rifləri, genişhəcmli elektron ped alətinin səsləri və məlahətli vokal tədricən şaman mahnılarına keçid alır.

 

Mədəniyyət.- 2019.- 30 avqust.- S.2.