Kulinariya sahəsində yeni
qurum yaradılıb
Bir qrup gənc mətbəx mütəxəssisinin təşəbbüsü ilə bu sahədə yeni qurum – Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası yaradılıb.
Assosiasiyanın təsisçiləri aşpazlar Orxan Muxtarov, Araz Əhmədov, Sərxan Məmmədov və bloger Fərhad Aşurbəylidir. Təşkilatın sədri Orxan Muxtarovdur.
Assosiasiyanın təsisçilərindən Fərhad
Aşurbəylinin sözlərinə görə, məqsəd
Azərbaycan qastronomiyasının gələcək
inkişafı üçün bazarı
birləşdirməkdir. Assosiasiyanın hədəfləri
arasında yalnız peşənin inkişafı və ölkənin
aşpaz və qənnadıçılarına
dəstək olmaq deyil,
həm də qastronomik turizmin
inkişafı və milli mətbəxin dünya platformalarında tanıdılması
da var.
Mədəniyyət.- 2019.- 30
avqust.- S.4.