Muzeylərə ekskursiya
təşkil olunub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gənclərin Ordubad rayonuna ekskursiyası təşkil olunub.
Gənclər əvvəlcə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində olublar. Məlumat verilib ki, muzey XVII əsrə aid ölkə əhəmiyyətli Qeysəriyyə memarlıq abidəsində yerləşir və ümummilli lider Heydər Əliyevin 1980-ci ildə rayonlarda tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında imzaladığı qərara əsasən, 1981-ci ildən fəaliyyət göstərir. Burada bərpa işləri aparıldıqdan sonra muzey 2011-ci ildə yenidən istifadəyə verilib. Muzeyin fondunda 4 mindən çox eksponat qorunub saxlanılır.
Sonra gənclər akademik Yusuf Məmmədəliyevin,
Məhəmməd Tağı Sidqinin və
Məmməd Səid Ordubadinin ev-muzeylərini
ziyarət ediblər. Onlara muzeylərdə
saxlanılan eksponatlar haqqında ətraflı
məlumat verilib.
Mədəniyyət.- 2019.- 30
avqust.- S.4.