Kukla teatrı “Cırtdan”la
balacaların görüşünə gəlir
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı mövsümə sentyabrın 15-də “Cırtdan” tamaşası ilə başlayacaq.
Şair-dramaturq, uşaqların sevimli müəllifi Mirmehdi Seyidzadənin eyniadlı mənzum nağıl-pyesi əsasında hazırlanan tamaşanın (səhnələşdirəni Rəhman Əlizadə) quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Xalq artisti Oqtay Zülfüqarovdur.
Kukla tamaşasında
rolları teatrın aparıcı aktyorları Elmira
Hüseynova, Rəhilə İbadova,
Araz Həsənli, Elnur
Xəlilov, Adil Dəmirov, Aygül
Ağayeva, Vüsal Hüseynov və Aslan Fətullayev
ifa edəcək.
Mədəniyyət.- 2019.- 30
avqust.- S.3.