Əcnəbi musiqi alətlərinin Azərbaycan həyatı

 

 

Azərbaycanın musiqi sənəti zəngin tarixə malikdir. Xalqımızın milli sərvəti sayılan çalğı alətlərinin əksəriyyəti qədim dövrlərdə yaranıb, təkmilləşərək dövrümüzə gəlib çatıb. Milli musiqi alətlərimizlə yanaşı, Avropa ölkələrində yaranan tarixin müxtəlif dönəmlərində ölkəmizə gəlib çıxan alətlər var. Onların bir neçəsinin Azərbaycanın musiqi mədəniyyətində yerindən söz açmaq istərdik.

Qarmon metal dilçəkli, körüklü musiqi alətidir. Qarmon tipli alətlərin vətəni qədim Çin sayılsa da, çağdaş biçimli qarmonları alman musiqi alətləri ustası Kristian Buşman 1822-ci ildə icad edib. 1830-cu illərdə diatonik səs düzümlü qarmonlar Rusiyada istehsal olunub. Həmin tipli qarmonlar təxminən XIX əsrin birinci yarısında Azərbaycana gətirilib.

Azərbaycanda qarmonun ilk ifaçısı şuşalı Çəkməçi Hüseyn sayılır. Sonralar Çəkməçi Hüseynin oğlu Lətif nəinki Qarabağda, bütün Qafqazda ustad qarmon ifaçısı kimi məşhurlaşır. Görkəmli musiqişünas Firudin ŞuşinskininAzərbaycan xalq musiqiçilərikitabında verdiyi məlumatlardan aydın olur ki, XX əsrin əvvəllərində ölkəmizdə Abutalıb Yusifov Kor Əhəd kimi məşhur qarmon ifaçıları fəaliyyət göstərib. Mir Möhsün NəvvabVüzuhül-ərqam” (“Rəqəmlərin izahı”) əsərində qarmonun təsir qüvvəsindən, dinləyicidə oyatdığı estetik duyumdan bəhs edib. XIX əsrin sonlarında yerli qarmon ifaçılarının sifarişi ilə bir sıra uğurlu islahatlardan sonra yeni növ qarmon yaradılıb alətAzərbaycan qarmonuadlandırılıb. Hazırda qarmondan solo ansambl aləti kimi geniş istifadə edilir.

Fortepiano simli klavişli musiqi aləti kimi öz geniş diapazonu universal texniki imkanlarına görə bütün dünyada musiqi sənətində xüsusi yerə malikdir. Qədim zamanlarda Yunanıstandamonoxord” (yunanca tək sim) adlanan musiqi aləti mövcud olub. Bu alət uzun, ensiz taxta qutuya birləşdirilmiş tək simdən ibarət idi. Daha sonra qutuya birləşdirilən simlərin sayı artırılır. Əsrlər ötdükcə bu alət təkmilləşdirilir, simlərin birləşdiyi düzbucaqlı qutunun bir tərəfində klaviatura, yəni bir neçə cərgədən ibarət klavişlər yerləşdirilir. Klavikordadlanan bu alətin yaranması XII əsrə təsadüf edir. Klavesin alətinin təkmilləşdirilməsi nəticəsində 1711-ci ildə İtaliyanın Paduya şəhərində yaşayan Bartolomeo Kristofori tərəfindən yeni klavişli alət icad edildi. Bu alətdə klavişləri basdıqda üzərinə keçə çəkilmiş taxta çəkiclərin simlərə dəyməsi nəticəsində səs alınırdı. Artıq ifaçı həm yavaş səslə, həm bərk səslə ifa edə bilirdi. Elə alətin adı da buradan yaranıb.

Ölkəmizdə fortepiano musiqisinin yaranması inkişafı dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Sonrakı dövrdə Azərbaycan fortepiano musiqisi məktəbinin Asəf Zeynallı, Kövkəb Səfərəliyeva, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Emin Sabitoğlu, Fərhad Bədəlbəyli digər görkəmli nümayəndələri yetişib. Hazırda Azərbaycanda möhkəm təməllər, zəngin ənənələr üzərində inkişaf edən piano məktəbi mövcuddur. Pianoçularımızın sənət uğurlarının sorağı nüfuzlu beynəlxalq müsabiqələrdən, məşhur konsert salonlarından gəlir.

Gitara alətinin vətəni dəqiq məlum deyil. Belə ehtimal edilir ki, gitara qədim Yunanıstanda yaranıb, lakin sonralar onun vətəni İspaniya olub. VII-IX əsrlərdə İspaniyada bu alət çox populyar idi. İspaniyadan sonra gitara bütün Avropa ölkələrində geniş yayılır. Simli dartımlı musiqi aləti olan gitara formasına görə simli kamanlı alətlərə bənzəsə , simlərin sayına ifa üslubuna görə fərqlənir. Gitara 6 ya 7 simli olur.

Azərbaycanda gitaranın ilk ifaçılarından biri Xalq artisti Rafiq Hüseynov (Rəmiş) olub. Bəhram Nəsibov, Rüstəm Quliyev, Rəhman Məmmədli başqaları da bu alətin mahir ifaçıları kimi tanınıb.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2019.- 30 avqust.- S.7.