“Günay”
teatr-studiyası beynəlxalq müsabiqənin baş
mükafatını qazanıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” teatr-studiyası “Amberstar 2019” Beynəlxalq incəsənət müsabiqəsində ölkəmizi uğurla təmsil edib.
Latviyanın paytaxtı Riqada keçirilən müsabiqədə “Günay” studiyası “Kitabi-Dədə Qorqud” dastanı əsasında hazırlanmış “Üç ocaq” tamaşasını nümayiş etdirib.
Müsabiqənin nəticələri
qala-konsertdə açıqlanıb. Qran-pri
mükafatı ölkəmizi layiqincə təmsil edən “Günay” studiyasına təqdim olunub. Gənc aktyorlardan Leyla Əliyeva, Leyla Qədimli,
Təyyar Cəbrayılbəyov və Tuncay
Həmidli ən yaxşı rola görə
diploma layiq görülüb. Studiyanın bədii
rəhbəri, ssenari müəllifi və
quruluşçu rejissoru
Larisa Tarusova
müsabiqənin münsifi seçilib, gənc istedadların
inkişafında fəaliyyətinə və beynəlxalq mədəni
əlaqələrin möhkəmlənməsinə göstərdiyi
köməkliyə görə beynəlxalq diplom-sertifikatla
təltif olunub.
Mədəniyyət.- 2019.- 30
avqust.- S.7.