Milli musiqi alətləri ifaçılarının festivalı

 

 

Xəbər verdiyimiz kimi, noyabrın 30-da Oğuz şəhərində Milli musiqi alətləri ifaçılarının yaradıcılıq festivalı təşkil olunub.

Öz ifa xüsusiyyətləri ilə xalqımızın şüurunda milli dəyərlərimizə, azərbaycançılıq ruhuna məhəbbət hissi aşılayan musiqi alətlərimiz mədəni irsimizdə xüsusi yer tutur. Mədəni irsimizin qorunması dünyada təbliği ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü dəstəyi ilə reallaşdırılan silsilə tədbirlər sayəsində tar kamança ifaçılığı, eləcə aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən festival da məhz milli musiqi mədəniyyətimizi daha geniş təbliğ etmək, ifaçılıq sənətini inkişaf etdirmək, gənc istedadları üzə çıxarmaq, milli musiqi alətlərimizin qocaman ifaçılarının zəngin təcrübəsini təbliğ etmək yaymaq məqsədi daşıyıb.

Oğuz rayon Mədəniyyət Mərkəzində gerçəkləşən festivalda regional idarənin əhatə etdiyi Balakən, Zaqatala, Qax, Şəki Oğuz rayonlarının musiqi kollektivləri, ifaçılar iştirak ediblər.Zirvəfolklor ansamblının, “Nağaraçalanlar”, “SənəmOğuzqruplarının, muğam üçlüklərinin çıxışları, sazda tənburda səsləndirilən solo ifalar musiqisevərlər tərəfindən maraqla qarşılanıb.

Konsert proqramı başa çatdıqdan sonra Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova çıxış edərək festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiklərinə görə kollektivlərə təşəkkürünü bildirib.

Sonda festivalın iştirakçılarına mükafatlar təqdim olunub.

 

Mədəniyyət.- 2019.- 4 dekabr.- S.4.