Şəkidən gələn “Sevil”
Şəki Dövlət Dram Teatrı “Cəfər Cabbarlı həftəsi”nə böyük dramaturqun ən məşhur əsərlərindən birini – “Sevil”i gətirmişdi. Tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, səhnə tərtibatçısı və geyim üzrə rəssamı Sahib Əhmədov, bəstəkarı Firudin Allahverdidir.
“Sevil” pyesinin budəfəki rejissor yozumu səhnədən tamaşaçı salonuna ünvanlanan “ailənizin qədrini bilin, ey cavanlar” ismarışıdır. Təcrübəsiz, savadsız Sevil ilə yad dəyərlərin təmsilçisi Dilbərin maraqlarının toqquşması Sevilin sonradan savadlanaraq, hətta kitab müəllifi səviyyəsinədək yüksəldikdən sonra da davam edir.
Onu da qeyd edək ki, Sevil obrazı 18 yaşlı aktrisa
Zümrüd Əliyevanın debütüdür. Digər rollarda
əməkdar artistlər Xanlar Həşimzadə,
Akif Yusifov və Rəhim
Qocayev, aktyorlar Pərviz
İsmayılov, Lalə Məmməd, Arzu
Mustafayeva, Fərahim Fətəliyev, Nazilə
İmamhüseynova və Aysun
Mustafazadə çıxış edirlər.
Mədəniyyət.- 2019.- 4
dekabr.- S.5.