Nəsimi irsi Ukrayna
və italyan dillərində
Azərbaycanın Ukraynadakı səfirliyinin
Xarkov şəhərindəki
İnformasiya və Mədəniyyət Mərkəzində
dahi şair İmadəddin Nəsiminin
“Haqq yolu mən özüm oldum” ( “È øëÿõîì Èñòèíè ïîñòàâ ÿ ñàì…”) kitabının təqdimatı
keçirilib.
Kitab Ukraynada
Azərbaycan Dövlət
Tərcümə Mərkəzinin
layihəsi üzrə
nəşr edilib.
Xarkov Filarmoniyasının
əməkdaşı Roman Bayraqdarın aparıcılığı
ilə keçən tədbiri giriş sözü ilə açan Ukrayna-Azərbaycan
Dostluğu Cəmiyyətinin
rəhbəri Murad Ömərov böyük şairin yaradıcılığı
barədə fikirlərini
bölüşüb.
Q.Skovoroda
adına Xarkov Pedaqoji Universitetinin Dünya ədəbiyyatı kafedrasının
dosenti Antonina Yakovlevanın Nəsiminin həyat və yaradıcılığı haqqında
məruzəsi dinlənilib.
Soydaşımız – Ukraynanın Xalq rəssamı, heykəltəraş Seyfəddin
Qurbanov səfirliyin dəstəyi ilə Nəsiminin Kiyev şəhərində ucaldılan
büstünün açılış
mərasimindən və
Ukraynada “Nəsimi ili”ndə baş tutan digər tədbirlərdən bəhs
edib.
Ukraynanın Əməkdar incəsənət
xadimi Nina Suprunenko,
“Memorial” ictimai təşkilatının
fəxri üzvü
Viktor Zubov, tanınmış
qiraət ustası Lyusina Xvorostun ifasında Nəsiminin Ukrayna dilində qəzəlləri səsləndirilib.
Tədbirin sonunda “Dostluq” cəmiyyətinin yetirmələri
Nəsiminin qəzəlləri
əsasında hazırlanmış
musiqili kompozisiyaları
iştirakçılara təqdim
ediblər.
* * *
Nəsiminin irsindən daha bir kitab isə
Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun dəstəyi ilə İtaliyada işıq üzü görüb. Fondun İtaliyanın
“Sandro Teti” nəşriyyat evi ilə əməkdaşlığı
çərçivəsində “Nəsimi poeziyası” kitabı italyan dilində çap olunub. Kitaba şairin 100-dən çox qəzəli və rübaisi daxil edilib.
Nəşr Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın “Nəsimi
– əbədiyyət üfüqündə
sevgi günəşi”
adlı ön sözü ilə açılır. Şeirləri italyan dilinə
tərcümə edən
türkoloq alim Marilena Reanın “Nəsimi işığı”
adlı məqaləsi
də nəşrdə
yer alır.
Kitabın təqdimatının İtaliyanın
müxtəlif şəhərlərində
keçirilməsi nəzərdə
tutulub.
Qeyd edək ki,
bu, Beynəlxalq Türk
Mədəniyyəti və İrsi Fondunun İtaliyada çapdan çıxan ikinci
kitabıdır. Keçən il “Sandro Teti” nəşriyyat evi ilə birgə layihə əsasında “Azərbaycan
qadın şairlərinin poeziya
antologiyası” kitabı buraxılıb.
Mədəniyyət.- 2019.- 4
dekabr.- S.8.