Mədəniyyət naziri
Latviya, İordaniya və
İndoneziyanın səfirləri ilə görüşüb
Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev dekabrın 4-də Latviya, İordaniya və İndoneziyanın ölkəmizdəki səfirləri ilə görüşlər keçirib.
Birgə fəaliyyət planının hazırlanması vacibdir
Nazir Latviyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dainis Garançs ilə görüşdə mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə həyata keçiriləcək tədbirlərə dair Fəaliyyət Planının işlənib hazırlanmasının vacibliyini vurğulayıb. Ölkəmizin Latviya ilə yaradıcı mədəniyyət sənayeləri istiqamətində də qarşılıqlı əməkdaşlıqda maraqlı olduğu diqqətə çatdırılıb.
Səfir Dainis Garançs səmimi qəbula görə nazirə təşəkkürünü bildirib və birgə həyata keçiriləcək layihələrə dəstək verməyə hazır olduğunu qeyd edib.
Mədəniyyət günləri ilə bağlı müzakirələr aparılıb
Mədəniyyət nazirinin İordaniya Haşimilər Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sami Abdullah Ğoşehi ilə görüşündə iki ölkə arasında qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, qarşılıqlı film festivallarının və sərgilərin təşkili, əməkdaşlığın gələcək perspektivləri, təcrübə mübadiləsi ilə bağlı müzakirələr aparılıb.
Nazir ölkələrimiz arasındakı dostluq münasibətlərinin mədəniyyət sahəsində də əməkdaşlığın inkişafına müsbət təsir etdiyini vurğulayıb.
İordaniya səfiri iki ölkə arasında mövcud olan mədəni əlaqələri yüksək qiymətləndirərək, əməkdaşlığın daha da inkişaf edəcəyinə inamını bildirib.
İndoneziyada “Leyli və Məcnun” filmi çəkilib
Əbülfəs Qarayevin İndoneziya Respublikasının ölkəmizdəki
fövqəladə və
səlahiyyətli səfiri
Hüsnan Bey Fanani ilə görüşündə iki
ölkə arasında
humanitar sahədə əməkdaşlığın vəziyyətindən məmnunluq
ifadə edilib. Nazir bu sahədə daha geniş imkanların olduğunu bildirib.
Diplomat ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf
etdirilməsinin vacibliyini
vurğulayaraq əlavə
edib ki, mədəniyyət sahəsi
ilə yanaşı, digər sahələrdə
də əlaqələrin
gücləndirilməsinə xidmət edəcək birgə layihələrin reallaşdırılması əhəmiyyət
kəsb edir.
Səfir İndoneziyada dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvinin
“Leyli və Məcnun” poeması əsasında filmin ərsəyə gətirildiyini
və geniş ictimaiyyətə çatdırılması
istiqamətində hazırlıqların
getdiyini deyib.
Əbülfəs Qarayev bu məsələdə
nazirlik tərəfindən
dəstək verilməsinə
hazır olduqlarını
bildirib.
Nazir hər üç
diplomata fəaliyyətlərində uğurlar arzulayıb.
Mədəniyyət.- 2019.- 6
dekabr.- S.3.